Şəhid Səbuhinin qardaşı: "Üç dəfə yaralandı, 7 gün müalicə aldı, sonra dedi, ürəyim partlayır, dura bilmirəm"
"Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, fərqlənmə nişanı vermişdilər".
Oxu.Az xəbər verir ki, bu sözləri sentyabrın 12-13-də Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndində böyümüş Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.
O bildirib ki, müharibə başlayanda qardaşı da döyüşlərdə ön sırada olub:
"Suqovuşan, Zəngilan, Ağdərə, Füzuli istiqamətində döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görəsən, haradadır, necədir? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı.
Ümumilikdə üç dəfə yaralanmışdı Səbuhi. Yeddi gün müalicə aldı, sonra dedi, ürəyim partlayır, dayana bilmirəm. Zəngilana getdi. Döyüş zamanı maşında sıxılıb qalan silahdaşını xilas edərkən əlini yandırmışdı. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlpə yarası almışdı. Səbuhi 44 günlük Vətən müharibəsindən dörd medal ilə qayıtmışdı".
Sənan deyir ki, qardaşı ilə bağlı məlumat ala bilmədiyi günlərdə xəbər gəlmişdi ki, Səbuhinin taqımından şəhidlər var:
"Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib, "Mənim qardaşımın nəşi gəlib?" soruşmaq çətin idi. Sonra mənimlə əlaqə saxladı, dedi, yaxşıyam. Vətən müharibəsindən sağ-salamat qayıtmışdı deyə mən inanmırdım ki, nə vaxtsa qardaşım şəhid ola bilər. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1362 Tarix: 27 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr