Şəhid pilotun ailəsi: "Onun ən sevdiyi mahnı "Yada sal məni" idi" - VİDEO
Baku TV Anım Günündə Vətən müharibəsi şəhidi Ramiz Qasımovun ailəsinin evində olub. Şəhidimizin ailəsi onunla bağlı xatirələrini bölüşüb.
Həyat yoldaşı Günel Qasımova qeyd edib ki, başqa dövlətlərdən ona iş təklifləri gəlsə də, şəhid pilot heç birini qəbul etməmişdi.
"Deyirdi ki, vətənim dardadır. Qəbul etmərəm ki, düşmənin tapdağı altında olan torpaqları azad etmədən Azərbaycanı tərk edim", - deyə o əlavə edib.
"Yada sal məni" Ramiz Qasımovun ən sevdiyi mahnı idi. Həyat yoldaşı deyir ki, dinləyəndə köhnə xatirələri gözünün önündə canlanır.
Övladları üçün də ataları qəhrəmana çevrilib. Hər üçü atalarının arzularını yerinə yetirmək üçün çalışır.
Pilot Ramiz Qasımov "Spayk" uzunmənzilli raketlərlə silahlanan "Mi-17" helikopteri ilə Tərtər-Suqovuşan-Talış istiqamətlərində Ermənistan ordusunun hədəflərini məhv edən birinci pilotlardan idi. O və iki heyət üzvü Tərtərdən geri dönən zaman helikopter vurulur. R.Qasımov dərhal yoldaşlarına atılma əmri versə də, özü helikopteri yaşayış məntəqələrindən uzağa endirmək üçün qalır. Son anda paraşütlə atılsa da, ağır zərbə alır. 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid olur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 27 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr