SOCAR "Azəriqaz" İB-də şəhidlərimizin əziz xatirəsi yad edildi
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarix yazmağa başladığı gündən 2 il ötür. Hərbi dərsliklərə salınacaq Vətən müharibəsini 44 günə qazanan Azərbaycan xalqı bu gün şəhidlərini hörmətlə anır, qazi və müharibə iştirakçıları ilə qürur duyur. Bu məramın davamı kimi SOCAR "Azəriqaz" İstehsalat Birliyində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. O veteranlar ki, hazırda Birlikdə əmək fəaliyyəti ilə məşğuldurlar.
Tədbirə başlamazdan öncə vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra qurumun rəhbər şəxsləri ilə birgə müharibə iştirakçıları şəhidlərimizin xatirə lövhəsi önünə gül dəstələri qoyublar. Anım mərasimi çərçivəsində Birlik rəhbərliyi "Azəriqaz" İB-də çalışan qazi və müharibə iştirakçılarının əmək şəraiti ilə maraqlanıblar. Ölkə başçısının şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan Birliyin baş direktorunun istismar üzrə müavini Cahid Hüseynov onlardan problemlərini rahat şəkildə səsləndirmələrini xahiş edib. Vətən müharibəsində şücaət göstərən əməkdaşlarımızdan Şəhriyar Hüseynov, Surac İsgəndərov, Amid İmanov və başqaları iş yerlərinin dəyişdirilməsi, tarif dərəcələrinin artırılması və s. ilə bağlı fikirlərini bildiriblər. Birlik rəhbərliyi qaldırılan məsələlərin həll olunması və onlara tezliklə köməklik göstərilməsi üçün Birliyin İnsan Resursları Departamentinin rəisinə göstəriş veriblər.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 861 Tarix: 27 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr