"Azərbaycanın əzəmətinə hər kəs şahiddir" - Deputat
"Hər bir azərbaycanlı bir ürək, bir yumruq olub Vətən müharibəsi şəhidlərini anır. 50 milyonluq dünya Azərbaycanlılarının hər bir fərdi, hər bir şəhidimizə öz ailəsinin itkisi kimi hüznlənir, eyni zamanda qürur duyur. Çünki 44 günlük savaşın ilk günü, Vətən müharibəsində ilk şəhidimizi verdiyimiz bu tarix həm də zəfərə gedən yolun başlanğıcı idi. Can verdik, qan tökdük, torpaqdan VƏTƏN yapdıq. 30 il işğal və murdar tapdaq altında olan evimizi, yurdumuzu cənab Ali Baş Komandanın rəhbərliyi altında azad etdik, bu günsə Onun ətrafında birləşib bu torpaqları abad edirik. Biz bu 44 gün bir olduq, İlham Əliyev şəxsiyyəti ətrafında birlik olduq, onun komandası altında əziləndən əzənə çevrildik, düşməni də havadarını da yerlə yeksan etdik. Məhz bu həmrəyliyin, ordu, xalq və hakimiyyət birliyinin sayəsində".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, ötən dövrün təhlili göstərir ki, 27 sentyabr - Anım Günü həm də Azərbaycanın və bütövlükdə regionun tarixində dönüş nöqtəsidir.
"Bu tarixdə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgərləri kimi canını qurban verən hər bir şəhidimiz şərəf tariximizi yazmaqla bərabər, həm də haqqın, ədaləti bərpasına nail olmaqla, beynəlxalq hüququn aliliyini təmin etməklə Qafqazda yeni bir dövrün təməlini qoyuldu. Prezident İlham Əliyevin memarı, ordumuzun isə icraçısı olduğu yeni reallığın başlıca xarakterik xüsusiyyəti isə Azərbaycanın istisnasız olaraq regionun əsas hərbi-siyasi gücünə, diqtə edən beynəlxalq subyektə çevrilməsidir. Üstəlik qəhraman əsgərimiz 30 illik işğala cəmi 44 günə son qoymaqla, 30 il möhkəmlənən düşmənin keçilməz hərbi sədlərini gözünü qırpmadan dəqiqələr içində adlamaqla güclüdən-güclü, qəhrəmandan-qəhrəman olduğunu göstərib bizə xor baxanlara meydan oxudu, kim olduğumuzu dünya gördü və bu gündə hər kəs əzəmətimizə şahiddir.
Allah bu böyük tarixin qəhrəmanlıq səhifələrini yazan hər bir şəhidlərimizə rəhmət eləsin, İlham Əliyev şəxsiyyəti ətrafında birliyimiz isə əbədi olsun!"
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR