Bakıda nəvənin nənəsini amansızlıqla öldürməsinin detalları

Bakıda nəvənin nənəsini amansızlıqla öldürməsinin detallarıBu il aprelin 11-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində nənəsi, 1953-cü il təvəllüdlü Natalya Popovanı amansızlıqla öldürən 1999-cu il təvəllüdlü Murad İmanovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.İmanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci (xüsusi amansızlıqla və tamah məqsədilə adam öldürmə) maddələri ilə ittiham edilib. 23 yaşlı təqsirləndirilən şəxs nənəsini qisas və tamah məqsədilə öldürdüyünü etiraf edib.

Məlum olub ki, hadisədən əvvəl Murad onunla birgə yaşayan anası və nənəsindən dəfələrlə Yeni Suraxanıdakı evdən çıxmalarını tələb edib və orada tək yaşamaq istədiyini deyib. O, anasına və nənəsinə ailəyə məxsus digər evdə yaşamalarını bildirib. Lakin onlar Muradın tələbləri ilə razılaşmayıblar. Həmçinin narkotik vasitə aludəçisi olan Murad İmanov hadisədən 5 gün əvvəl evdəki kondisioneri elan saytı vasitəsilə 250 manata sataraq pulu götürüb. Bundan sonra anası və nənəsi onu evə buraxmayıb və hadisə barədə polisə şikayət ediblər.

23 yaşlı şəxs baş verənlərdə nənəsini günahlandıraraq onu qətlə yetirib. Hadisə baş verən gün Muradın anası işdə olub. O, Yeni Suraxanıdakı mənzilə gələrək qapını döyüb, lakin nənəsi onu içəri buraxmayıb. Bu zaman Murad nənəsindən çay istəyib, Natalya Popova qapının arasından ona bir stəkan çay verib. Bir qədər sonra Murad ikinci dəfə nənəsindən çay alaraq həyətə düşüb. O, bir qədər sonra geri qayıdaraq nənəsini dilə tutub və söhbət etmək istədiyini bildirib. Mənzilə daxil olandan sonra Murad nənəsinə hücum edərək özü ilə gətirdiyi bıçaqla onun boğazına çoxsaylı xəsarətlər yetirib. Nənəsinin yalvarışlarına məhəl qoymayan Murad bıçağı əyildiyi üçün mətbəxdən daha bir bıçaq götürərək əməlinə davam edib. O, nənəsini qətlə yetirəndən sonra meyiti mələfələrə bükərək həyətə düşürüb və əl arabasına qoyaraq 2 kilometr uzaqlığa – boş əraziyə aparıb. Burada nənəsinin meyitini gizlədən və üstünü daşla örtən Murad daha sonra geri qayıdıb.

Evə qayıtdıqda xalası və xalasının əri həyətdə olub və onlar Muraddan nənəsini soruşublar. Murad isə qaçmağa çalışıb. Xalasının əri onu tutaraq vurub və qadının yerini soruşub. Murad isə heç nədən xəbərinin olmadığını bildirib və polisə zəng etməyi təklif edib. Bundan sonra polisə müraciət edilib və N.Popovanın itkin düşməsi bildirilib.

Aparılan araşdırmalardan və sorğu-sualdan sonra Murad İmanov nənəsini amansızlıqla öldürdüyün etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb və M.İmanova 18 il həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2914   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust