"NATO üzvlüyünə başqa vaxt baxılmalıdır, indi Ukraynaya müharibədə dəstək lazımdır" - ABŞ
ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan qeyd edib ki, Ukraynanın NATO-ya müraciətinə başqa vaxt baxılmalıdır və hazırda ən mühüm məsələ ona müharibədə dəstəkdir.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onlar NATO-ya sürətli üzvlük üçün ərizə imzalayıblar.
Sonxeber.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ağ Evdə gündəlik mətbuat brifinqində Ukraynanın NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı müraciətini dəyərləndirib:
"ABŞ uzun illərdir ki, NATO-nun açıq qapı siyasətini dəstəkləyir. NATO-ya üzvlüklə bağlı qərar 30 müttəfiq və üzv olmaq istəyən ölkələr arasında verilir. Bu məsələyə toxunulmalıdır".
Sullivan həmçinin Rusiyanın Ukraynanın 4 bölgəsini ilhaq etməsini pisləyib və Ukraynaya yeni yardımın gələn həftə açıqlanacağını qeyd edib.
"Şimal axını 2" neft boru kəmərinə edilən hücumlara toxunan Sallivan bunun "açıq təxribat aktı" olduğunu bildirib.
"Rusiya öz günahında həmişə günahkardır, bu günahı başqalarının üzərinə qoyur. Biz bunu dəfələrlə görmüşük. Lakin "Şimal axını 2" ilə bağlı araşdırılması lazım olan bir çox məqamlar var: Biz fiziki sübutlar toplanana qədər bunun kimin məsuliyyət daşıdığını açıqlamayacağıq" ,- deyə müşavir əlavə edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir