İrəvan ELAN ETDİ: Azərbaycanın ərazi bütövlüyünü tanımayacağıq - Müharibə ...

İrəvan ELAN ETDİ: Azərbaycanın ərazi bütövlüyünü tanımayacağıq - Müharibə ...Rəsmi Bakı Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına səylərini artırarkən İrəvan gah sərhəddə növbəti təxribatlar törədir, gah da destruktiv bəyanatlarla vəziyyəti gərgin saxlamaq planından əl çəkmək fikrində görünmür.

Amma Ermənistan törətdiyi təxribatlara Azərbaycandan aldığı cavablardan sonra başa düşməlidir ki, indi geosiyasi konfiqurasiyalar arasında manevr etməyin vaxtı deyil. İndi verilən sözlərə, edilən vədlərə, atılan imzalara əməl etməyin zamanıdır. Lakin təəssüflər olsun ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz məqsədinə çatmaq üçün ordusunu qurban verməyə belə hazır olduğunu göstərir.

Biz biraz keçmişə, hətta onun siyasi fəaliyyətə başlamazdan öncəki mövqeyinə nəzər salsaq aydın görə bilərik ki, Nikol Paşinyan hər zaman Qərbi Ermənistana gətirərək, Ruisyanın orbitindən çıxmaqla bağlı məsələdə dəyişməz mövqe nümayiş etdirib. Əlbəttə ki, Rusiyadan xilas olmağın, qurtulmağın müxtəlif yolları var. Amma belə görünür ki, Paşinyan bunu regionu yeni bir müharibə meydanına çevirməklə reallaşdırmaq niyyətindədir.

Nəzərə alsaq ki, Rusiyanın Ukrayna ilə savaş meydanındakı durumu Moskva üçün ürəkaçan deyil, belə bir məqamdan istifadə edib Qərbin beynəlxalq ordu birliklərini bölgəyə gətirməklə məqsədinə nail olmaq istəyən Paşinyan başa düşməlidir ki, bu onunla yanaşı erməni xalqı üçün çox böyük faciə ilə nəticələnə bilər.

Görürük ki, sülh danışıqlarının yenidən bərpası istiqamətində Vaşinqtonun fəaliyyətinin artdığı bir vaxtda sərhəddə növbəti silahlanmalar, növbəti hərbi təxribatlar bir-birini əvəz etməkdədir. Aydın görünür ki, rəsmi İrəvan bu danışıqlarda iştirak etmək niyyətində deyil. Paşinyan bilir ki, bu danışıqlarda iştirak etməmək Ermənistanın imicinə, özünün isə tutduğu posta böyük zərbə ola bilər. Bu səbəbdən də Ermənistan rəhbərliyi 30 illik işğal dövründə olduğu kimi bu gün də danışıqların imitasiyası ilə məşğuldur.

Təbii ki, son təxribatlara Azərbaycanın tutarlı cavabının ardından ritorikalarında bir əsnək hiss edilən düşmənin rəhbərinin Paris səfəri və eləcə də Mensi Pelosinin İrəvan səfərinin ardınca daha da sürtətli xarakter alan İrəvan-Vaşinqton, İrəvan-Paris təmaslarından sonra Ermənistan hərbi-siyasi rəhbərliyinin sanki birdən-birə özgüvən qazanması istisna edilmir ki, indi ona havadarlıq eşqini daha açıq elan edən ABŞ və Fransa hökümətindən aldığı vədlərə bağlı məsələdir.

Paşinyan son parlament çıxışlarına nəzər salsaq bir məsələ diqqətdən yayına bilməz. Deməli, Ermənistan baş naziri son çıxışlarında Azərbaycandan çox Rusiyanın əleyhinə bəyanatlar səsləndirməklə məşğuldur. Sözsüz ki, bu da ilk növbədə Qərbdən ona verilən tapşırığın birinci hissəsidir. Ermənistan rəhbərliyi ona edilən sifarişi yerinə yetirərək Rusiyanı Qərbə dəyişmək üçün zəmin hazırlamağa can atır.

Paşinyan bu tapşırığı icra etdikdən sonra isə belə görünür ki, Qərb Ermənistana Azərbaycanla bağlı məsələdə dəstəyini ifadə edəcəyi ilə vədlər verib. Bunun üçün yenə də Qərbə, ABŞ-a Paşinyanın köməyi lazım olacaq. Biz indidən aydın görürük ki, Paşinyan hər vəchlə bölgənin Ukraynaya çevrilməsinə çalışır. Özünü təklənmiş, yazıq, təcavüzə məruz qalan tərəf kimi təqdim edərək beynəlxalq güclərin dəstəyii arxasına almağa nail olmaq istəyir.

Paşinyanın dünənki müsahibəsində hər hansı bir yeni bəyanatın şahidi olmadıq.

Paşinyan açıqlaması zamanı bildirib ki, nə Brüssel, nə Moskva, nə də Vaşinqton "Dağlıq Qarabağı" Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Əslində onun bu açıqlamasına diqqət yetirsək görərik ki, rəsmi İrəvan prosesdən boyun qaçıraraq, "Artsax" iddiaları ilə bağlı məsuliyyətin altına girmədən danışıqlar prosesində iştirak edə biləcəyi anonsunu verir. Amma onun bu bəyanatı rəsmi Bakı üçün yaxşı heçnə vəd etmir.

Belə bir açıqlama etməklə Paşinyan onu deməyə çalışdı ki, biz "Dağlıq Qarabağ"a görə məsuliyyət daşımırıq, Azərbaycan söhbətini qondarma rejim nümayəndələri ilə davam etdirsin, bu məsələdə biz yoxuq. Beləcə Paşinyan çalışır ki, heç bir subyektivliyi olmayan bir qondarma rejim qalıqlarını da Azərbaycanla danışıqlarta cəlb edərək, rəsmi Bakının başını özünə qatsın.

Paşinyanın "Ermənistan sülh müqaviləsində Qarabağla bağlı müzakirə aparmayacaq, Qarabağla bağlı iddialarla çıxış etməyəcək" sözlərindən bu da anlaşılır ki, sözügedən məsələ ilə bağlı artıq Paris və Vaşinqton İrəvanla müəyyən plan tərtib ediblər və bu plan əsasında paralel olaraq regiondakı proseslərə müdaxilə etmək imkanlarını artırmaq məqsədilə irəliləməyi düşünürlər.

Belə nəticə çıxır ki, nəyinki rəsmi irəvan, hətta Paris və Vaşinqton da Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında ermənilərin yaşadığı həmin əraziləri Azərbaycanın suiveren ərazisi kimi tanımaq niyyətində deyillər. Bunu hazırda Pşainyanın dünənki açıqlamasına əsasən belə deyə bilərik.

Bu isə Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə qarşı hesablanmış təhdid xarakterli, müharibəyə dəvət bəyanatından başqa bir şey deyil. Çünki bu açıqlamanın açması o deməkdir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımayacağıq!

Paşinyanın bu tip açıqlamaları eyni zamanda yeni müharibəni labüd, qaçılmaz edir. Belə nəticə çıxır ki, Ermənistan tərəfi nə Zəngəzur dəhlizi ilə bağlı, nə də sülhə aparan yolda əsas amil olan ərazi bütövlüyünün tanınması, delimitasiya-demarkasiya məsələlərində cığallıq etməkdə davam edəcək.

Belə bir məqamda qondarma qurumun "xarici işlər naziri" David Babayanın ABŞ-a rəsmi səfərə dəvət edilməsi, onun orada dövlət rəsmiləri ilə görüşlərinin (Amerika Konqresində, Los Anceles Şəhər Şurasının iclasında çıxış edib) davam etməsi bu iddiaların həqiqəti əks etdirdiyini deyə bilərik.

Son proseslər, qarşı tərəfdən sələndirilən fikirlər deməyə əsas yaradır ki, Nikol Paşinyanın və komandasının 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında sülh istiqmətində gələcəyə ümid verən addımları, açıqlamaları sadəcə blef olub. Hadisələrin bu cür cərəyan etməsi isə Ermənistanın elan etdiyi yeni hərbi müharibənin (Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Bunu baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikian jurnalistlərin "hansı cavab addımları atılacaq" sualını cavablandırarkən, rəsmi şəkildə açıqlayıb. "Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur" deyib) qapıda olduğunu təsdiq edir./Milli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 14484   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun