Prezident və xanımı Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər
Oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım atlara baxış keçirdilər.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verildi.
Qeyd olundu ki, mərkəzin konsepsiyası "Reflect Architechts" şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektlər yaradılacaq.
Diqqətə çatdırıldı ki, mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir