"Yayılan bəzi videolar saxtadır" - Baş prokuror
"Bəzi ölkələr və onların Azərbaycandakı səfirlikləri sosial şəbəkələrdə görüntülərlə bağlı birtərəfli mövqe tutur və bu bizi narahat edir".
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin şəxslərin müdaxiləsi ikili standartlardan xəbər verir: "Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq danışmalıdır.
İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülər araşdırılır.
Təbii ki, bu kimi halların saxta və doğruluğu araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan tərəfi yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədilər. Azərbaycan tərəfi isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır, deyə də bilərəm ki, bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq. Vaxtından əvvəl panika şəklində Azərbaycan hökumətinə təsir yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1229 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr