İtkin hərbçini gözləyən toy... - FOTO/VİDEO
"Asim gələn kimi onu evləndirəcəyəm".
Sonxeber.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya danışan Vətən müharibəsinin itkin hərbçisi Asim Mehdiyevin anası Gültəkin Mehdiyeva deyib.
Sözügedən reportajı təqdim edirik:
"Deyəcəm ki, öz seçdiyi qızla ailə həyatı qursun, mən qarışmayacağam".
Bunu deyəndən sonra, Gültəkin ananın üzündə təbəssüm yaranır, gülümsəməyə başlayır. Halbuki bir neçə dəqiqə əvvəl göz yaşları dayanmırdı, amma az sonra gülür. Özünü toparlayır, heç nə olmamış kimi...
Bir neçə dəqiqə ərzində anlayırsan ki, Asim Gültəkin ananın həm sevinci, həm də kədəridir.
Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır. İki ildir örtülməyən darvazanın açıq qalmasının tarixi 2020-ci ilin noyabrın 7-nə, MAXE Asim Mehdiyevin Vətən müharibəsində itkin düşdüyü günə təsadüf edir. Ailənin övladı 44 günlük döyüşlər nəticəsində itkin düşmüş 6 hərbçimizdən biridir.
Həm də evin tək oğlu, üç bacının bir qardaşı, ailənin 2001-ci il təvəllüdlü sonbeşiyi...
Deyir, mən yuxuda da görmüşəm, anayam, ona süd vermişəm, hiss edirəm, düzdür, ayağında yarası var, amma gələcək.
Anası deyir, kişi üçün evlənmək yaşı 25 yaxşıdır. Düzdür, Asimin 21 yaşı var, amma gələn kimi evləndirəcəyəm.
Reportaj yekunlaşır, Bakıya qayıtmağa hazırlaşanda Gültəkin ana özünəinamın möhürünü vurur:
- Asim gələndə, siz yenə çəkilişə gələrsiniz...






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü