Azərbaycanda dəhşət: Övladının gözləri önündə 17 bıçaq zərbəsi ilə qətlə yetirildi - TƏFƏRRÜAT + VİDEO
Həyat yoldaşını övladının yanında 17 bıçaq zərbəsi ilə qətlə yetirən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Birgə yaşadıqları dövrdə aralarında tez-tez baş verən mübahisələrə görə Nailə Əliyeva dəfələrlə polisə və məhkəmələrə şikayət edib. Elçin Ələkbərov inzibati və cinayət məsuliyyətlərinə cəlb edilib.
O, 2021-ci il iyulun 30-da Nailə Əliyevanın yenidən polisə şikayət etdiyini eşidib və qadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün Gəncədən Bakıya gəlib. Marketdən iki ədəd bıçaq alıb və Xırdalanda yerləşən kafeyə gedib. Nailənin oğlu Aydınla birlikdə ev istiqamətində getdiklərini görüb və onları təqib edib. Sonra yolda Nailə Əliyevanın saçlarından tutub, başını yerdə olan daşa vurub. Bıçaqlardan birini sağ əlinə götürəndə, oğlu ona mane olmaq istəyib. Uşağı itələyərək, yerə yıxıb və onun gözləri qarşısında, Nailə Əliyevaya çoxsaylı xəsarətlər yetirib. Bununla da Elçin Ələkbərov onu həyatdan məhrum edib.
Dindirilmə zamanı Elçin Ələkbərov bildirib ki, xalası qızı Nailə Əliyeva ilə 2003-cü ildə ailə həyatı qurub, lakin rəsmi nikaha daxil olmayıblar. Nailə ilə valideynlərinin təkidi ilə evlənib. Bu nikahdan dörd övladı dünyaya gəlib. Aralarında tez-tez mübahisələr baş verib. Valideynlərinə və uşaqlarına görə Nailə ilə birlikdə ailə kimi yaşamağa məcbur olub. Qadın dəfələrlə onun barəsində polisə şikayət edib. Artıq bu vəziyyətdən bezib və belə yaşamaq istəməyib.
Şahid Aydın Ələkbərli bildirib ki, atası anasını həmişə incidib, döyüb öldürməklə hədələyib. Baş vermiş hadisədən 3-4 ay əvvəl anası ilə birlikdə birdəfəlik Bakıya gəliblər. Böyük qardaşı atası ilə Gəncədə qalıb. 2021-ci il iyulun 30-da Xırdalan dairəsində avtobusdan düşdükdən sonra anası ilə evə gediblər. Arxaya çevriləndə, atasının arxalarınca qaçaraq gəldiyini görüb. Anasını atasının gəlməsi barədə xəbərdar edəndə, artıq atası onlara çatıb. O qadının saçlarından tutub, onun başını daşa vurmağa başlayıb. Atasının anasını bıçaqla vurmasını gördükdə, çox qorxduğu üçün hərəkətsiz vəziyyətdə qalıb. Anasını xəstəxanaya aparsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə iclasında Elçin Ələkbərov ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Ələkbərov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2659 Tarix: 08 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ülviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqust"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqust