Xadimə ilə əlbir oldu, müdirini zəhərlədi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Xadimə ilə əlbir oldu, müdirini zəhərlədi - Dəhşətli cinayətin TƏFƏRRÜATIMənimsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb.

Sonxeber.az "modern.az"a istinadən xəbər verir ki, ittiham aktına görə, Nelli Fabriçnaya iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun baş direktoru olduğu şirkətin külli miqdarda pulunu mənimsəmə yolu ilə ələ keçirib.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa peşkəş edib.

Belə ki, Fabriçnaya ofisdə işləyən xadimə Mehriban Atakişiyeva ilə əlbir olaraq, Əfqan Zeynalovu zəhərləyib.

İstintaq müddətində azadlıqda qalan Fabriçnayaya ancaq mənimsəmə ittihamı verilib. O, yalnız məhkəmənin hazırlıq iclasında həbs edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işi üzrə hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti proses keçirilib və Əfqan Zeynalovun rəhbəri olduğu şirkətdə xadimə işləmiş Mehriban Atakişiyeva ifadə verib.

M. Atakişiyeva zərərçəkmişin vəkilinin və hakimin sualları qarşısında dolaşaraq ziddiyyətli ifadə verib. Onun ifadələrindən bəlli olub ki, Nelli Fabriçnaya ilə cinayəti birgə törədiblər və Ə. Zeynalova məxsus seyfdən oğurladıqları pulu da öz aralarında hələlik istintaq bəli olmayan nisbətdə bölüşdürüblər.

İfadəsində sadəcə xadimə işlədiyini və kasıbçılıqla yaşadığını bildirən xadimə hakimin və dövlət ittihamçısının "siz özünüzün də iddia etdiyiniz kimi, yeməyə və dərmanlara pul tapmadığınız halda 3 gün müddətində oğurladığınız pulun 70 min manatını necə qaytara bildiniz" sualı qarşısında heç bir cavab verə bilmədi.

Qeyd edək ki, xadimə işləyən M. Atakişiyeva istintaq dövründə taladığı seyfdən ona çatan məbləğdən 70 min manatlnı zərərçəkmişə qaytarıb.

Burada diqqətçəkən bir məqamsa Nelli Fabriçnayanln Mehriban Atakişiyevadan başqa öz sevgilisini də bu cinayətə bulaşdırmasıdır. N. Fabriçnaya taladığı pulun bir hissəsini Rauf Zülfüqarova verib və istintaq dövründə bu üçlük zərərçəkmişə ümumilikdə 105 min manat qaytarıb.

Cinayət işinin qaranlıq tərəfi və əslində zərərçəkəni narazı salan məsələ isə ona qarşı törədilən cinayətlər zəncirinin ən vahimi və dəhşətlisi olan sui-qəsd, yəni suyuna zəhər qataraq öldürmək istəmələrinin istintaqın "diqqətindən yayınmasıdır".

Belə ki, Nəsimi rayon prokurorluğu istintaq dövründə zəhərlənməsinə (Ə. Zeynalovun zəhərlənməsi barədə tibbi ekspert rəyi mövcuddur), bu azmış kimi Əfqan Zeynalova məxsus bank kartından çıxarılan 23 min dollar pulun dələduzluq yolu ilə Nelli Fabriçnaya tərəfindən mənimsənilməsinə, zərərçəkmişin yaşadıgı mənzildən qiymətli əşyaların Mehriban Atakişiyeva ilə Nelli Fabriçnaya tərəfindən oğurlanmasına hüquqi qiymət verilməyib.

Məhkəmə istintaqı davam edir. Növbəti proses oktyabrın 13-də saat 15:00-a təyin edilib.

Qeyd edək ki, Əfqan Zeynalovun hüquqlarını tanınmış vəkil İradə Cavadova müdafiə edir.

Onu da əlavə edək ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsi veteranıdır. 44 Günlük Vətən savaşında isə orduya yardım kampaniyasında aktiv iştirak edib. Buna görə də Əfqan Zeynalova Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif təltiflər verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2292   Tarix: 11 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust