Bakıda gənclər küçədə narkotik qəbul etdilər - AÇIQLAMA + FOTO/VİDEO
Bakı şəhərində bir qrup şəxs narkotik istifadə edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərin Nizami rayon ərazisində qeydə alındığı bildirilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəboyu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən qətiyyətli mübarizə aparılır:
"Bu mübarizə tədbirləri paytaxtın Nizami rayonundan da yan keçmir. Görüntülərlə bağlı qeyd etmək istərdik ki, həmin ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç və onlara narkotik vasitələri satan daha bir nəfər artıq polislər tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər".
"Bir faktı qeyd edim, həmin şəxslər görüntülər sosial şəbəkələrdə yayılandan sonra yox, polisin narkotik vasitələrə qarşı apardığı genişmiqyaslı əməliyyatlar çərçivəsində bir-neçə gün bundan əvvəl tutulublar. Bir daha vətəndaşları narkotiklərlə mübarizədə polis əməkdaşlarının apardığı mübarizəyə dəstək verməyə çağırırıq", - deyə DİN rəsmisi qeyd edib.
DİN-dən qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2,648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açılıb.
Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü