Gəlinlik, xonça, dekor: Evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA + FOTO

Gəlinlik, xonça, dekor: Evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA + FOTOXalqımızın toy kimi bir adəti var. Bu adət gözəl, maraqlı olsa da müasir dövrdə toy etmək ən çətin məsələlərdən birinə çevrilib. Çünki ilbəil qiymətlər bahalaşır, ziyafət xərcləri getdikcə artır.

Gənclərin bir çoxu isə toy mərasimlərini sadə şəkildə keçirməkdən imtina edir, xərci borcundan çox çıxsa da brilliant qaşlı qızıl üzük, nişan alyansları, gözoxşayan gəlinlik, bəzəkli xonçalar, gül dəstəsi və fotosessiya olmadan evlənmək istəmirlər.

Bəs, görəsən bu tədarüklərin hamısı neçəyə başa gəlir?

Məsələ ilə bağlı gundem.az araşdırma edib.

ticarət mağazalarının birinin qızıl şöbəsində çalışan Şamil Qasımov deyir ki, hazırda gümüşə tələbat daha çoxdur:
"Bu gün türk qızılının 1 qramı 80-85 manat arası dəyişir. Amma əldən alınan mal 77-78 manata olur. Brilliant qarniturların qiyməti isə karatından asılı olaraq 1800-3000 manat arasında dəyişir. Gümüşün isə bugünkü qiyməti 2 manatdan başlayır".
Bir daha əmin olduq ki, qızıl bazarında qiymətlər sözün əsl mənasında əl yandırır. Qızıl sektorundan sonra üz tutduq gəlinlik mağazalarından birinə...

Mağazada olan satıcı Ləman Qasımova bildirdi ki, gəlinliklərin bir günlük kirayəsi 300 manatdan başlayır:
"Subay xanımların arzusunda olduğu gəlinliklərin kirayəsi haqqı 300 manatdan başlayır. Bu qiymət əsasən dəbi keçmiş gəlinliklərə şamil olunur. Qiymətlər gəlinliyin modelinə görə təyin olunur. Elə gəlinliklər var ki,kirayə haqqı 800-1000 manat arası dəyişir. Amma daha çox 400-500 manat arası olan gəlinlikləri kirayə götürürlər".
Nişan və xınayaxma mərasimlərində istifadə olunan xonçaların kirayə haqqı isə 5 manatdan başlayır. Satıcılar deyir ki, buradakı qiymətlər də xonçanın görünüşünə və həcminə görə dəyişir. Xonçanın müxtəlif şirniyyat və çərəzlərlə bəzədilməsi isə daha baha başa gəlir.
Nuray Cahangirova bildirir ki, sosial şəbəkələrdə xonça kirayəsi ilə məşğul olan səhifələr insanları aldadır, ticarət mərkəzində 5-10 manata verilən xonçaları 20 manatdan kirayə verirlər:

"Xonçaların kirayəsi 5 manatdan 10 manata qədər davam edir. Kəllə qəndlərimizin qiyməti 20 manatdan 110 manata qədər artır. Bəzəkli nişan, həri şokoladlarının 1 ədədi 1.50 AZN-dən başlayır, amma 50 qəpiyə olanı da var".

Hələ bəzən gənclər şadlıq sarayının təklif etdiyi gəlin maşınını bəyənmədikləri üçün bahalı və lüks avtomobil kirayə götürürlər. Beləliklə xərclər iki qat artmağa başlayır. Kirayə maşınların qiymətini öyrənmək üçün ticarət mərkəzi ilə üzbəüz avtomobil kirayəsi ilə məşğul olan şəxslərə yaxınlaşdıq. Maşın kirayə verən Elşən Məmmədov deyir ki, kirayə haqqı maşının markasına və dekora görə dəyişir.
"60 manatdan 150 manat arası olur kirayə haqqı. Bəzəklər də cürbəcürdür 10 manatdan 30 manatadək bəzəklərimiz var, təbii bəzək bahadır. Çox adama da sərf eləmir ki, 200 manat təbii bəzəyə niyə versin? Maşını öz sürücümüz idarə edir, saat 4-dən 7-yə qədər. O maşın bəy gəlinlə olur saat 7-də bəy gəlin maşından düşəndə biz qayıdıb gəlirik öz yerimizə".

Xatırladaq ki, pandemiya dövründə fəaliyyətini dayandıran şadlıq sarayları da əvvəlki illərlə müqayisədə qiymətləri bahalaşdırıb.

Hazırda şadlıq saraylarında qiymətlər 36 manatdan başlayır. Lakin bəzi restoranlarda isə qiymət 40-50 manat arasında dəyişir. Həmçinin dekorasiya üçün əlavə ödəniş də tələb olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1991   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr