Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə bu silahdan atəş açılıb

Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə bu silahdan atəş açılıb"ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyində dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. Səfirliyinin xidməti avtomobilinə pnevmatik odlu silahdan (BB Gun) atəş açıldığı təsdiqlənib və araşdırma davam edir".

Sonxeber.az xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev deyib.

Diplomat bildirib ki, hadisə oktyabrın 10-dan 11-nə keçən ABŞ vaxtilə gecə saat 00:16-da baş verib və xoşbəxtlikdən xidməti avtomobildə heç kim olmayıb: "Xidməti zərurətlə əlaqədar səfirliyin əməkdaşları səfirlik binasına gəliblər. Binanın içinə daxil olduqdan bir neçə dəqiqə sonra əməkdaşlarımız silah səsi eşidiblər və dərhal çölə çıxanda maşının şüşəsinin qırıldığını aşkar ediblər. Diplomatlarımız dərhal tədbirlər görməyə başlayıb və xüsusi xidmət orqanlarının əməkdaşlarını hadisə yerinə çağırıb. Onlar təhlükəsizlik kameralarını izləyiblər və dəlilləri götürüblər. Hadisə yerində mərmi aşkar edilməyib və məlum olub ki, xidməti avtomobilə pnevmatik odlu silahdan atəş açılıb".

T.Əliyev deyib ki, videogörüntülərdə hadisəni törədən şəxsin səfirliyin önünə yaxınlaşan bir avtomobilin sürücüsü olduğu müəyyən olunub: "Videogörüntülərdə hava çox qaranlıq olduğu üçün hadisəni törədən şəxsin və şəxslərin üzü tam görünmür. Hələ ki bu mənfur cinayətin ermənilər tərəfindən törədilməsini əsas gətirən bir dəlil yoxdur. Onların son vaxtlar səfirlik binasını hədəf almasından yola çıxaraq bu hadisənin radikal ermənilər tərəfindən törədildiyini istisna etmirik".

Diplomat bildirib ki, baş verənlər barəsində ABŞ Dövlət Departamentinə də məlumat verilib: "Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə və ABŞ Dövlət Təhlükəsizlik Xidmətinə məlumatlar verilib. Bizim tərəfimizdən bütün lazımı materiallar, kamera görüntüləri müvafiq qurumlara təqdim olunub və tədqiqat işinin açılması və nəticəsi barəsində səfirliyin məlumatlandırılması istənilib. Onlar da, öz növbəsində, baş verənlərdən dərin narahatlıq keçirdiklərini dilə gətiriblər. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb olunub. Ancaq, təəssüf ki, bununla bağlı hələ ki heç bir tədbir görülməyib. Tədqiqat işləri davam edir və nəticələr barədə ictimayyətə məlumat veriləcək".

Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1035   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr