Vəkil Səbinəni belə aldadıbmış...

Vəkil Səbinəni belə aldadıbmış...İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası alan keçmiş vəkil Vüqar Səfərlinin məşhur bloger Səbinə Katanovanı necə aldatdığı məlum olub.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 17 nəfərə qarşı ümumilikdə 200 min manatdan çox dələduzluq edən sabiq vəkilin ən böyük dələduzluğu (130 min manat) məhz Katanovaya qarşı olub.

Məhkəmə istintaqında aydın olub ki, bloger 2021-ci ildə Bakıda yeni tikili binadakı mənzilini 140 min manata satıb. Özünə Mərdəkanda 6 sot torpaq sahəsi alıb. Lakin torpaq sahəsini aldıqdan sonra ev tikdirməyin çətin olduğunu görüb satdığı evi geri qaytarmaq istəyib. Bundan sonra evi alan şəxslə görüşüb 140 mini və mənzilə çəkdiyi əlavə xərcləri də ödəməyə hazır olduğunu bildirib. Qarşı tərəf təkliflə razılaşmadığı üçün işi məhkəmədə həll etmək qərarına gəlib.

S.Katanova ifadəsində qeyd edib ki, bundan sonra vəkil Vüqar Səfərliyə müraciət edib:

"Təxminən 4-5 il əvvəl instaqramdan Vüqar Səfərli mesaj yazaraq vəkillik işi ilə nə qulluğu olarsa, həll edə biləcəyini demiş, nömrəsini qeyd etmişdi. Mən də nömrəni həmin vaxt telefonuma yazmışdım. Vüqara zəng edəndə qanuni yolla mənə kömək edə biləcəyini bildirdi. Onunla ofisində görüşdüm. Həmin gün hüquqi yardım göstərilməsi haqqında onunla müqavilə bağladıq. Vüqara 1200 manat verdim, qalan 800 manatı işin yekununda ödəyəcəyimi bildirdim".

Məlum olub ki, bir gün vəkil zəng edərək evi geri almaq üçün ipoteka fonduna 22 min manat yatızdırmaq lazım olduğunu deyib. S.Katanova da anasıyla birlikdə pulu ona verib. Daha sonra V.Səfərli 2 dəfə yenə də ipoteka fonduna qoymaq məqsədilə əlavə olaraq hər dəfə ondan 50 min manat alıb. Bloger son iki dəfədə isə vəkilə 5 min və 3500 manat verdim. Hər dəfə pul verəndə iltizam alıb pulların şəkillərini çəkib. Lakin daha sonra müdafiəçinin onu müxtəlif bəhanələrlə aldatdığını görüb şikayət edib.

Vüqar Səfərli törətdiyi əməllərdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1592   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr