Mübariz Tağıyev Ruhəngiz Qasımova ilə vidalaşmağa niyə gəlmədi?
Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Bəstəkarla vidalaşmağa gələnlər arasında doğmaları, yaxınları, sənət dostları, o cümlədən uzun illər "Yeni ulduz" layihəsində onunla birlikdə münsif kürsüsündə əyləşmiş Xalq artisti Murad Dadaşov və "SOY production"ın rəhbəri Oqtay Əliyev olublar.
Lakin digər münsif – Xalq artisti Mübariz Tağıyev nə vida mərasiminə, nə də dəfnə qatılıb.
M. Tağıyev "Qafqazinfo"ya açıqlamasında bəstəkarla vidalaşmağa gəlməməyinin səbəbini belə izah edib:
"Çəkilişdə idim. Çox gec bitdi. Ona görə gələ bilmədim. Özüm də çox pis vəziyyətdə qaldım. Amma mütləq qəbrini ziyarət edəcəyəm. Ruhəngiz Qasımova mənə doğma olan insandır".
Tağıyev Qasımova ilə sonuncu dəfə iki ay əvvəl danışdığını bildirib: "Səhhəti ilə bağlı problemləri çox idi, lakin bunu bildirmirdi. Həmişə zarafat edirdik ki, Ruhəngiz hərəkətdə olan aptekə bənzəyir, çantası həmişə dərmanla dolu idi".
Xalq artisti deyib ki, Ruhəngiz Qasımova çox maraqlı insan idi: "Həmişə deyib-gülərdi, zarafatından qalmırdı. O, özündən sonra iz buraxan sənətkardır. Yüzlərlə mahnının, televiziya tamaşalarının müəllifi idi. Çox vətənpərvər, torpağına bağlı biri idi. Dost-tanışa, doğmalarına hörmətlə yanaşırdı".
Qeyd edək ki, R. Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. 82 yaşlı bəstəkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2149 Tarix: 13 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr