Ata-ananın məhv etdiyi gələcək – Nələrə diqqət etməli?

Ata-ananın məhv etdiyi gələcək – Nələrə diqqət etməli?Cəmiyyətimizdə valideyn və övlad arasında ən çox yaşanan anlaşılmazlıqlardan biri də uşaqların səhv istiqamətləndirilməsi ilə bağlıdır.

Atalar, analar uşaqlarını istədiyi ixtisasa, peşəyə yönəldir və övlad uğursuz olur. Bu isə həmin uşağın yalnız o sahədə uğursuz olduğu anlamına gəlir.

Mütləq ki, onun hər kəsdən fərqli bacarığı, istedadı var. Hətta bəzən bu istedad sözün əsl mənasında batır.

Bəs, valideynlər uşaqlarının istedadlarını necə kəşf etsinlər? Çox istedadlı uşaqları nə ilə fərqlənir?

Bu barədə Lent.az-a psixoloq Fəridə Şərifova danışıb.

Fəridə Şərifova

Onun sözlərinə görə, çox istedadlı uşaqlar və ya gənclər öz maraq sahələrində yaşıdlarından, ətraflarından və özləri ilə eyni təcrübəyə malik olanlardan daha yüksək bacarıq nümayiş etdirirlər:

"Bu uşaqlar daha çox intellektual, yaradıcılıq və incəsənət sahələrində üstün performans göstərirlər. Eyni zamanda liderlik sahəsində də tez-tez rast gəlinməyən və ya bəzən xüsusi akademik sahələrdə önə çıxan istedadlara da sahib ola bilərlər. Buna görə də, onların məktəb proqramından kənar xidmətlərə, dərnək və fəaliyyətlərə ehtiyacları vardır. Xüsusi istedadlı uşaq böyütmək, onlarla yaşamaq valideynlər və müəllimlər üçün həm çətin, həm də həyəcanlı olur. Çünki bu uşaqlar daima axtarışda olur, dərin və irəli düşüncəli sualları, kəşf etmə, öyrənmə istəyi bitmir. Onların bu ehtiyaclarını qarşılamaq həm çətin, bir o qədər də önəmlidir".

Bəs bu uşaqları necə ayırd edə bilərik?

Psixoloq qeyd edir ki, xüsusi istedadlı uşaqlar tez yeriyir:

"Çox istedadlı uşaqlar hələ körpəlik vaxtından inkişaf etaplarında özünü göstərməyə başlayır. Adətən bu uşaqlar tez yeriyir, tez danışır, tualet vərdişlərinə tez yiyələnir, düşüncə, anlama, qavrama baxımından yaşıdlarını üstələyirlər. Təlim qabiliyyətləri, zehni bacarıqları sürətli olur, yaddaşları yaxşı, söz balansı çox olur. Belə uşaqlar çox mükəmməlliyətçi olur, məğlubiyyəti qəbul etməkdə çətinlik çəkirlər. Hər işdə öndə olmaq istəyirlər. Problemlərə xüsusi yanaşmaları olur və maraqlı həll yolları tapa bilirlər".

Belə uşaqlara ailəsi necə dəstək olmalıdır?

Fəridə xanım deyir ki, bu cür uşaqlara dəstək onları dinləməkdən başlayır:

"İlk növbədə valideynlər yaxşı dinləyici olmalıdırlar, Çünki bu xüsusiyyəti olan uşaqların "daim işləyən beyinləri" olur və gün ərzində çoxlu məlumat toplayırlar. Analiz və sintez edərək topladıqları bu məlumatları valideynləri ilə bölüşmək istəyirlər. Valideynlər övladlarını dinləməklə daha çox hadisələri əlaqələndirmək, çatışmayan məqamları tamamlamaq, qaranlıq qalan nüansları aydınlaşdırmaq imkanı yaradırlar".

Çox istedadlı uşaqların suallarını cavablandırmaq heç də asan olmur...

"Valideynlər uşaqların marağının qarşılanması baxımından diqqətli olmalıdırlar. Bəzən belə uşaqların maraqlandığı suallara cavab vermək asan olmur. Lakin bu hallarda valideynlər uşağa kəskin reaksiya vermək, məhəl qoymamaq və ya yola vermək əvəzinə, onların öyrənmə ehtiyaclarını ödəmək üçün başqa həll yolları tapmalıdırlar. Məsələn, məlumat əldə etmək üçün kitablardan, ensiklopediyalardan və aid olan mütəxəssislərdən yararlana bilərlər".

Əsas diqqət olunmalı məqam isə sosial-emosinal inkişafdı.

"Ən diqqət edilməli bir nüansdan bəhs edəcəyəm. Üstün istedada malik uşaqların çox vaxt inkişaf xüsusiyyətləri asinxrondur. Yəni paralel getmir. Çox vaxt zehni inkişaf sosial və emosional inkişafdan öndədir. Ona görə belə uşaqlar ünsiyyət qurarkən, dost çevrəsi qazanmaqda, emosiyalarını, duyğularını ifadə və idarə etməkdə çətinliklər yaşaya bilirlər. Bu baxımda ailə zamanında övladına dəstək olmalı, sosial-emosinal inkişafa xüsusi diqqət yetirməlidir".

Psixoloqun sözlərinə görə, istedadlı uşaqların valideynləri daha məsuliyyətli olmalıdırlar:

"Üstün zəka və istedada malik uşaqların valideynləri mütləq bu potensialı ortaya qoya bilmək üçün uşağa şərait yaratmalıdırlar. İstər təhsili baxımından, istər dərsdən kənar məşğuliyyətlər, istərsə də, düzgün bir daxili planlama və nizam-intizamın yardılması baxımından. Çünki öz üstün zəkasını, istedadını davranışları və bacarıqları ilə ortaya qoya bilmirsə, təqdim edə bilmirsə, bir müddət sonra "paslanacaq"dır. Ola bilər ki onların içində bir cövhər yatır, amma bundan heç kimin xəbəri olmadıqdan sonra o öz dəyərini itirəcəkdir. Odur ki, üstün istedadlı uşaqların valideynlərinin məsuliyyəti ikiqat daha çox və ağırdır. Amma bu yolu düzgün addımlaya bilənlər üçün nəticə möhtəşəmdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2138   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr