Bahalaşmanın yeganə çarəsi maaşların artırılmasıdır? - AÇIQLAMA

Bahalaşmanın yeganə çarəsi maaşların artırılmasıdır? - AÇIQLAMA"Ölkədə hazırda mövcud olan bahaçılıq, xüsusən çoxuşaqlı ailələri, həssas qrupları çətin bir vəziyyətə salıb. Demək olar ki, hər gün marketlərə gedən zaman qiymət artımının şahidi olursan. Elə bir gün olmaz ki, qiymət artımı olmasın. Amma insanların qazancı isə eyni vəziyyətdədir. Bu baxımdan həssas, ehtiyaclı qrupların, uşaqlı ailələrin vəziyyəti günü-gündən pisləşir. Onun üçün də təcili olaraq müəyyən addımlar atılmalıdır. Həmçinin, onlara müəyyən müavinətlərin, sosial paketlərin verilməsi və onların aldıqları müavinət, yardım və pensiyalarda da hiss olunacaq qədər artımın olunması vacibdir".

Bu fikirləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, bahalaşma fonunda ölkədə aztəminatlı ailələrə sosial yardım formasında dəstək olunmalıdır:

"Bu məsələ ilə bağlı hökumət də narahatdır, amma hesab edirəm ki, konkret addımlar atılmalıdır ki, bu insanların sosial vəziyyətini yüngülləşdirə bilək. Onların qazancını artırmasaq, alınmayacaq. Çünki qiymətləri aşağı salmaq mümkün deyil. Qiymətlər dünyada artır, Azərbaycan da bir çox məhsulları idxal edir.

Azərbaycanda enerji daşıyıcılarının qiyməti artdı, müxtəlif kommunal xərclərdə bahalaşmalar getdi, hətta gediş haqlarının artırılması ilə də bağlı söhbətlər gedir. Bunlar xüsusi şirkətlərdir və təbii ki, indiki bahalaşmada enerji daşıyıcılarının artması fonunda onların da qazancı azalıb və onlar da xərclərini çıxarmaq istəyirlər.

Əslində heç kimi qınamaq olmur. Belə bir vəziyyətdə qiyməti aşağı salmaq mümkün deyil. Demək ki, insanların qazancını artırmaq lazımdır. İnsanların da qazancını artırmaq üçün, dövlət büdcəsi hesabına həssas qrupların sosial rifahının yaxşılaşdırılması üçün ilk növbədə konkret olaraq sosial yardımların, sosial paketlərin qəbul olunması lazımdır. İkincisi isə, təbii ki, Azərbaycanda daha yaxşı iş mühiti, yeni iş yerləri yaradılmalı və kreditlərə əlçatanlıq təmin edilməliir.

Bunun başqa variantı yoxdur. Çünki, bir daha qeyd edirəm, qiymətləri aşağı salmaq mümkün olmayacaq. Bəzən bunu inzibati yolla aşağı salmaq istəyirlər, amma əks nəticə verir: məhsulların çəkisini azaldırlar, yaxud mağazada bir qiymət göstərib, kassada digər qiymət vurub, aldatma yoluna keçirlər. Bütün bunlar maddi durumu zəif olan insanlar üçün ciddi narahatlıq yaradır".
Bahalaşmanın yeganə çarəsi maaşların artırılmasıdır? - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1480   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr