Taksilərdə taksometrlər quraşdırılarsa, nə dəyişəcək?
Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bu problemin də taksometrlə həll etməyin mümkün olduğunu deyənlər var. Yaxın zamanlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır.
Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bəzi sürücülər isə qeyd edirlər ki, bu, sərfəli deyil. Sərnişinlər isə bildirirlər ki, hazırkı taksi qiymətləri onları qane edir. Taksometr qoyularsa, qiymətlər artacaq.
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, belə bir qaydanın illər öncə tətbiq olunması nəzərdə tutulsa da, tam icra olunmadı.
"Bu gün taksi bazarında pərakəndəlik var. Pandemiya dövründə ölkəmizdə taksi xidmətləri göstərənlər daha da çoxaldı. Paytaxtda təxminən 60 min taksi fəaliyyət göstərir. Ümumiyyətlə, taksometrlərin qoyulması taksi qiymətlərinə təsir edəcək. Bu, qismən narazılıq da yaradacaq. Ancaq taksilərə taksometrlərin qoyulması vacibdir. Bazar özünü tənzimləməlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər var, bir də işi taksi sürücüsü olmayıb bu işlə məşğul olanlar var. Lakin taksometr olsa, dəqiq tələblər qoyulacaq və taksi fəaliyyəti nizama düşəcək", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 13 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr