İtaliyalı mütəxəssis tərəfindən ödənişsiz olaraq ağır endoprotez əməliyyatları icra edilib
İtaliyanın məşhur travmatoloq cərrahı Pier Giorgio Vasina Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) ağır endoprotez əməliyyatları icra edilib.
"Ölkə.az" xəbər verir ki, TƏBİB-in dəvəti ilə Azərbaycana gələn italyan cərrah Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ölkə travmatoloqları üçün seminar keçib.
Təşkil edilən seminar 2 hissədən (interaktiv əməliyyatlarvə mühazirə) ibarət olub. İnteraktiv əməliyyatlar zamanı P.G.Vasina ölkə cərrahları ilə icra etdiyi əməliyyatın texniki üsullarını bölüşüb, reviziya əməliyyatları zamanı istifadə etdikləri metodları əyani şəkildə təqdim edib.
Mühazirə hissəsi isə mürəkkəb xəstələrin müzakirəsi şəklində aparılıb.
Qeyd edək ki, dövlət müəssisələrində xarici mütəxəssislərin icbari tibbi sığorta çərçivəsində vətəndaşlara və tibb heyətinə ödənişsiz xidməti ilk dəfə həyata keçirilir.
Məlumat üçün bildirək ki, P.Giorgia Vasinanın 13-14 oktyabr tarixində ETTOİ-dəki əməliyyatları icbari tibbi sığorta hesabına tam ödənişsiz icra edilir.
İtalyan cərrahın təcrübələrini bölüşmək məqsədilə ölkəmizə səfəri mütəmadi olaraq təşkil ediləcək.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 13 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr