Şəhid oğlunun tabutu gəldi, ayağa dura bilmədi... - FOTO/VİDEO
Məmmədovlar ailəsinin ağır keçən həyatına bir də ötən ay erməni təxribatının qarşısını alarkən Səfiyarın şəhid olması zərbə vurur. Şəhidimizin üçrəngli bayrağa bükülmüş tabutu Goranboya, Qızılhacılı kəndinə göndərilir. Səfiyarın anası oğlunun cənazəsini qarşılamaq üçün yataqdan ayağa dura, onu son mənzilə yola sala bilmir. Narıngül xanımın sağlamlıq durumu ailənin vəziyyətindən də ağırdır, onkoloji xəstədir.
Hər nə qədər çətin də olsa, kəndin ən kasıb evində, birotaqlı daxmada Narıngül xanımla söhbətləşirik. Məlum olur ki, Səfiyar Məmmədov ailənin maddi sıxıntılardan xilas olması üçün MAXE kimi hərbi xidmətini davam etdirirmiş. Şəhid olmamışdan öncə anası ilə danışıb, deyib, əməliyyatdan sağ-salamat gəl, qurban kəsəcəm.
"İki gün sonra oğlum özü qurban gəldi" deyir Narıngül ana...
Xüsusi Təyinatlı Qüvvələrin qəhrəman mənsubu Səfiyarın heç də böyük arzuları olmayıb. Yeganə istəyi o olub ki, ailənin maddi sıxıntılardan xilas etsin, heç kimə möhtac qalmasınlar. Onun arzularını düşmən snayperindən çıxan güllə ürəyində qoyub...
Səfiyarın qardaşı Orxanla, daha sonra Şəhriyarla da söhbətləşirik. Orxan kamera qarşısında danışmaqda çətinlik çəkir. Onun deyəcəyi sözləri, duyğuları, hissləri göz yaşları əvəzləyir. Şəhriyar da onun kimi...
"Bizim 20 qəpiyə möhtac qaldığımız günlər olub. Amma qardaşım şəhid olandan sonra 15 il görmədiyim əmilərim, nənəm qapıdan içəri girdi" deyir Şəhriyar.
Şəhriyarın ürəyindəki üsyan təkcə uzun müddət ata himayəsindən məhrum qalmasına görə deyil. O da yaxşı fərqindədir və bunu da təsdiqləyir ki, maddi imkanları yaxşı olsaydı, anasının müalicəsinin üzərinə vaxtında düşə bilərdilər. Düzdür, indi dövlət Narıngül xanımın müalicəsi ilə məşğul olur. Ümid də bunadır ki, ana ayağa qalxıb heç olmasa, oğlunun məzarını ziyarət edə biləcək...





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü