SOCAR "Azəriqaz" İB-yə daxil olan müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə azalıb
"Bu ilin 9 ayı ərzində Qəza Çağrı Xidmətinə ötən ilin analoji dövrü ilə müqayisədə 67 562 müraciət az daxil olub. 2021-ci ildə müraciətlərin sayı 795 273-ə çatıb". Bunu SOCAR "Azəriqaz" İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında çıxışı zamanı bildirib. Şöbə rəisi daxil olan müraciətlərin müxtəlif istiqamətlərdə olduğunu qeyd edib.
"Əsasən mənzil-tikinti kooperativlərin 40 minə yaxın abonentinə yeni sayğaclar quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş ödəniş sisteminin tətbiqi ilə daxil olan müraciətlərin sayında azalmaya səbəb olacaq". Bu sözləri Birliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev yeni quraşdırılan sayğacların üstünlüklərindən danışarkən qeyd edib. Qurum rəsmisi bu cür smart sayğacların tətbiqi nəticəsində abonentlərlə Birlik arasında yaranan bəzi narazılıq və mübahisələrin nəzərəçarpacaq dərəcədə azalacağını vurğulayıb.
Aksiyada çıxış edən Socar "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev elektron sənəd dövriyyəsindən söz açıb. Şöbə rəisi cari ilin 9 ayı ərzində qeyd edilən proqram vasitəsilə 6251 müraciətin daxil olduğunu vurğulayıb. O, qeyd edib ki, elektron sənəd dövriyyəsi daxil olan müraciətlərə çevik və operativ baxılmasına zəmin yaradır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 983 Tarix: 14 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr