"Bu gün Azərbaycan nəyi, necə və nə zaman edəcəyini bilən ölkə başçısına sahibdir" - Deputat
"Bu gün Ulu Öndər Heydər Əliyev kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ölkə başçısı seçilməsinin 19 il ötür. Bu 19 il ərzində görülən işlərə və atılan addımlara nəzər yetirsək, cənab Prezident İlham Əliyevin necə müdrik və uzaqgörən lider olduğunu görərik".
Bu sözləri Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
O vurğulayıb ki, cənab prezident İlham Əliyev 2003-cü ilin oktyabrın 15-də böyük səs çoxluğu ilə qalib olduğu gündən başlayaraq, dövlətimizin müstəqilliyinin güclənməsinə və bütün sahələrdə yüksək inkişafa nail olub,ən önəmlisi isə, regionların sosial-iqtisadi inkişafı proqramının həlli ilə ölkənin iqtisadi qüdrətini gücləndirib, neft amilini insan amilinə çevirib:
"Lakin cənab Prezident yaxşı anlayırdı ki, Azərbaycan Qarabağsız yarımdır. Məhz buna görə də 19 il ərzində ordu quruculuğu sahəsində çox mühüm addımlar atdı, islahatlar apardı. Ordumuzun hərbi-texniki bazasını gücləndirdi, hərbçilərimizin döyüş qabiliyyətinin artırılması istiqamətində çox işlər gördü. Ən önəmlisi isə, gənclərimizin vətənpərvər ruhda böyüməsinə nail olundu. Bütün bu görülən işlərin nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu öz gücünə 30 illik işğala son qoyaraq döyüş meydanında düşməni darmadağın etdi. Bununla da cənab Prezident İlham Əliyev güclü sərkərdə kimi adını tarixə qızıl hərflərlə yazdırdı".
Deputat vurğulayıb ki, Ulu Öndərimizin ona etdiyi vəsiyyətə şərəf və ləyaqətlə əməl edən cənab Prezident İlham Əliyevə Azərbaycan xalqının etimadı və inamı sonsuzdur:
"Bundan sonra da dövlət-xalq birliyi və həmrəyliyi əbədi, möhkəm olacaq. Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada və regionda öz qüdrətini qoruyub saxlayacaq. Prezidentimizin müdrik və uzaqgörən siyasəti nəticəsində düşmən hər zaman bütün cəbhələrdə biabırçı məğlubiyyəti ilə barışmalı olacaq. Çünki bu gün Azərbaycan nəyi, necə və nə zaman edəcəyini bilən ölkə başçısına sahibdir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü