Paşinyandan Bakıya təklif: Delimitasiya...
Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif edib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Twitter" hesabında məlumat verib.
Müvafiq məsələ oktyabrın 2-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Cenevrədə keçirilən görüşündə müzakirə olunub.
Qeyd edək ki, komissiyalara Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan rəhbərlik edir.
Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində, ikinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 5289 Tarix: 15 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr