200 yad adamın dəfnində iştirak edib
Böyük Britaniyanın London şəhərindən olan bir qadın 10 il əvvəl təsadüfən kilsəyə girəndən sonra 200 yad adamın dəfn mərasimində iştirak edib.
Onun hekayəsini "Daily Mail" nəşr edib.
56 yaşlı Jin Trend-Hillin qəbiristanlıqlar və dəfn mərasimləri ilə tanışlığı valideynlərinin ölümü ilə başlayıb. Trend-Hillin dediyinə görə, o, saatlarla qəbirlər arasında dolaşa, fotoşəkil çəkə və ən gözəl baş daşlarının eskizini çəkə bilərdi. 2012-ci ildə britaniyalı qadın dəfn mərasimi zamanı kilsəyə daxil olub və oradan çıxmaq onun üçün əlverişsiz olduğu üçün mərasimin sonuna qədər orada qalıb.
"Bu, tamamilə yad adam idi, amma mənə təsir etdi. Az sonra qəbiristanlıq işçisi mənimlə əlaqə saxladı və ona hörmət göstərəcək başqa kimsəsi olmayan veteranın dəfnində iştirak edib-etməyəcəyimi soruşdu. Razılaşdım və getdim", - deyə qadın xatırlayıb.
Son 10 ildə britaniyalı ən azı iki yüz başqa insanın dəfn mərasimində iştirak edib. O, təkcə Böyük Britaniyada deyil, Fransa və İtaliyada da qəbiristanlıqları ziyarət edib. Trend-Hill etiraf edib ki, yeni yerə gələndə ilk axtardığı şey krematoriyadır.
Yerli sakinlər qadının qeyri-adi hobbisini bilir və onu ailəsi və dostları olmayan insanların dəfn mərasiminə dəvət edirlər.
"Heç kim heç vaxt tək başına yandırılmamalı və dəfn edilməməlidir. Məndən soruşsalar və gedə bilsəm, gedəcəm", - qadın deyib.
Trend-Hill nəinki ölüləri son səfərdə müşayiət edir, həm də qəbiristanlıqları təmizləyir. Bir dəfə o, hətta 1934-cü ildə vəfat edən britaniyalı memar Artur Beresford Paytın xatirə lövhəsini bərpa edib./Milli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1321 Tarix: 16 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr