"Televiziyalar baş verən hadisələrə çox çevik reaksiya verməlidir" - EKSPERTDƏN AÇIQLAMA
Televiziyalarla bağlı narazı fikirlər hər zaman olub. Son zamanlar sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidlərə çox tez-tez rast gəlirik. Televiziya artıq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əsas məsələ də faciəvi hadisələr baş verən zaman əyləncəli verilişlərin efirdən çıxarılmamsı ilə bağlıdır.
Televiziya proqramlarının öncədən müəyyən olunması qanunvericiliyin tələbidir. Bəzi Televiziya rəhbərləri proqramların əvvəlcədən müəyyən edildiyinə görə, proqram siyasətini dəyişə bilmədiklərini söyləyirlər.
Bəs görəsən, Televiziyalar gündəlik baş verən hadisələrə uyğun proqram siyasətini dəyişə bilmirlər, yoxsa, dəyişmək istəmirlər?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən professor Qulu Məhərrəmlinin sözlərinə görə, sosial şəbəkələrdə televiziyalarla bağlı tənqid və iradların səslənməsi çox normal haldır:
"Buna sevinmək lazımdır ki, bizim tamaşaçılar biganə deyillər, proqramlara baxırlar və yeri gələndə də tənqidi fikirlər söyləyirlər. O ki, qaldı hər hansı bir faciəvi gündə veriliş cədvəlində dəyişiklik aparmaq bunu ümumi proqram siyasəti ilə əlaqələndirmək doğru deyil. Çünki bədbəxt hadisələr əvvəlcədən planlaşdırılmır. Televiziyada nəzərdə tutulan verilişlərin cədvəlini dəyişmək mümkündür".
Q.Məhərrəmli qeyd edib ki, təcrübələrdən istifadəyə ehtiyac var:
"Mənə elə gəlir ki, ağıllı, situasiyanı bilən və tamaşaçıları öncədən görən televiziya və proqram rəhbərləri o cədvəldə məqsədəuyğun dəyişiklik edə bilər. Televiziya təcrübəmizdə belə hallar var. O təcrübələrdən də istifadə etməyə ehtiyac var. Xüsusi kommersiya verilişləri var ki, bəzən televiziyalar onları proqramdan çıxarmağa çətinlik çəkirlər. Çünki ondan pul alırlar. Bunun da bir yolunu tapmaq lazımdır".
Professor əlavə edib ki, televiziya baş verən hadisələrə çox çevik reaksiya verməlidir:
"Televiziya duyum, intuisiyadır. Günlə, ölkə həyatı ilə bağlılığı var. İnsanları kədərləndirən, ümumi və milli faciələr olan vaxtı televiziya çox çevik şəkildə reaksiya verməyi bacarmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü