"Delimitasiyadan sonra biz Qarabağı itiririk" - Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri
"Nikol Paşinyan deyir ki, Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinə uyğun demarkasiya etməlidirlər. Bu o deməkdir ki, Azərbaycan keçid məntəqələri Gorus-Qafan, İrəvan-Gorus magistrallarında, Kərki kəndində, Qazax rayonu ilə sərhəddə, Voskepar yaxınlığında Gürcüstana gedən yolda olacaq. Bu, hələ bizi gözləyən fəlakətin kiçik bir hissəsidir".
Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan 168TV telekanalının efirində deyib.
"Bütün ictimai, siyasi sahəmiz və ekspert dairələrimiz Qərb və Rusiyanın vasitəçilik səylərini müzakirə edir və müqayisə edir, halbuki hər ikisi fəlakətlidir. Biz əminik ki, indiki Rusiya-Türkiyə formatı nə təhlükəsizliyi, nə də sabitliyi təmin edə bilməz.
Əgər biz "Arsax"dan (Qarabağdakı qondarma rejim) imtina etmişiksə, o zaman istənilən danışıqlarda Ermənistanın hesabına güzəştə getməliyik. "Arsax" bizim üçün təkcə orda yaşayan ermənilər üçün deyil, həm də Ermənistanın özü üçün də təhlükəsizlik təbəqəsidir.
Bu gün sülh müqaviləsi, blokadanın çıxarılması, yeni yolların açılması ilə bağlı danışıqlar gedirsə və bütün bunlar "Arsax" məsələsindən ayrılıbsa, bizim üçün bu məsələ artıq mövcud deyil. Rəsmi Bakı ilə rəsmi İrəvanın gündəmi budur. Təəssüf ki, müxalifət də blokada, sərhədlərin, yolların demarkasiyası və hətta Ermənistan-Türkiyə danışıqlarını da "Arsax" məsələsindən ayırıb.
Parlament müxalifəti "Arsax" müstəqil olmalıdır, desə də, əslində bu məsələnin mövcud olmadığını etiraf edirik.
Hər iki vasitəçilik formatı, Avropa və Rusiya, "Arsax"ın tam güzəştini nəzərdə tutur. Rusiya özü "Arsax"ın statusunu müzakirə etməkdən imtina edir. Parlament müxalifətinin bu ilin may-iyun aylarında etdikləri təklifləri də qəbuledilməzdir, çünki onlar da "Arsax" məsələsini gündəmdən çıxarıb", - deyə Şahnazaryan bildirib./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb