Qətər əmiri Putinə "Futbol başlayır, müharibəni dayandır" deyibmi?

Qətər əmiri Putinə "Futbol başlayır, müharibəni dayandır" deyibmi?Gələn ay başlayacaq dünya çempionatının təşkili üçün 200 milyarddan çox dollar xərclənib; futboldakı kimi, "heç-heçə" bu müharibənin sonu kimi ən yaxşı variant ola bilərdi, amma...

Ukrayna müharibəsinin "ayaq səsləri" eşidiləndə Pekin Qış Olimpiadasının başlamağına, yəni fevralın 4-nə sayılı günlər qalmışdı. 2008-ci ildə Pekin Yay Olimpiadasının açılış günü baş verənlər - 5 günlük Gürcüstan-Rusiya müharibəsini xatırlamayan varmı? Yanvarda Si Cinpin Rusiya liderindən Pekin olimpiadası zamanı Ukraynaya müdaxilə etməməyi şəxsən xahiş etdiyi barədə xəbərlər yayılmışdı. Bu məlumatların nə dərəcədə həqiqət olduğu hələ də bilinmir, amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olimpiada bitəndən 3 gün sonra, fevralın 24-də başladı...

Noyabrın 21-də Qətərdə futbol üzrə dünya çempionatı start götürməli, dekabrın 18-də isə başa çatmalıdır.

Dünyanın dəngəsi indi o qədər qarmaqarışıqdır ki, "başlayacaq" və "başa çatacaq" hökmü vermək olmur. Qətərdən əvvəl 2018-ci ildə dünya çempionatına ev sahibliyi etmiş Rusiya bu mundialda iştirakdan hələ pley-off mərhələsində uzaqlaşdırıldı, Ukrayna millisi isə Uelsə uduzdu və o da ilk dəfə qışda olacaq dünya birinciliyindən kənarda qaldı.

Qətərin bu çempionatın təşkili üçün təxmini xərcləri 200 milyard dollardan çoxdur. Bu, 8 aydır davam edən müharibədə Qərbin Ukrayna üçün qoyduğu "maya"dan hələ ki, çoxdur. Bu müharibəyə Amerika və Avropa qoşulsa da, hərbi əməliyyatlar Qətərdən çox uzaq Ukrayna ərazisində gedir. 1942-ci ildə dünya çempionatı o səbəbdən təxirə salındı ki, bütün Avropa od içində idi və futbol vaxtı deyildi. Əslində, o zaman FİFA çempionata hələ iki-üç il qalmış Avropada "qan-qan" deyən Almaniyanın ev sahibliyinə isti baxmamışdı. O səbəbdən dünya çempionatının harada keçiriləcəyi (bəzi məlumatlara görə, Braziliya, Uruqvay və Argentina çempionatı birgə keçirməyi istəyirdi) dəqiqləşmədən mundiual təxirə salındı.

Qətər bu çempionata 8 ildir hazırlaşır, pul xərcləyir, həm də istəyir ki, ev sahibi kimi pul da qazansın. Amma Ukrayna müharibəsi səbəbindən Avropada ciddi krizis yaranıb, əhali maddi çətinliklərlə üzləşib, üstəlik, enerji böhranının qışda daha da ciddiləşəcəyi gözlənilir. Dünya çempionatında əsas azarkeş kütləsi həmişə avropalılar olurlar, indi vəziyyət necə olacaq, hələ ki, aydınlıq yoxdur.

Bu fonda Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Tani ötən həftə Astanaya gəldi və Putinlə görüşdü.

Rusiyanın çempionatın təşkilində Qətərə köməklik etdiyi məlumdur. Türkiyənin də çempionat vaxtı təhlükəsizliyin qorunmasında Qətərə ciddi dəstək verəcəyi artıq razılaşdırılıb. Qətər məlumdur ki, həm də qaz ixrac edən lider ölkələrdən biridir və Rusiya ilə müzakirə ediləsi məsələlər vardı. Amma indi Qətəri ən çox narahat edən yəqin ki, davam edən müharibədir. O səbəbdən bu görüş "əcəba, dünya çempionatınadək müharibə bitə və ya atəşkəs ola bilərmi" sualını aktuallaşdırıb.

Qətər əmirinin Putinlə Ukrayna müharibəsini müzakirə etdiyi bildirilir. Güman ki, Əl Tani Putinin mövqeyini öyrənib, özləri üçün mənzərini aydınlaşdırıblar. İndi müharibədə elə bir mərhələdir ki, hər iki tərəf bütün gücünü hərb meydanında daha əlverişli mövqelər qazanmağa yönəldib. Putinə indilikdə "dayan" deməyə, heç ən yaxın adamı müdafiə naziri Şoyqu belə bəlkə də cəsarət etməz, ola ki, Qətər əmiri... Ukrayna isə ölkəsinin taleyinin həll olunduğu vaxt dünya çempionatını düşünəcək halda deyil. Həm də bu məsələdə qərarın heç də Kiyevdə verilmədiyini nəzərə alsaq...

Dünya çempionatı müharibənin başlamasının 9-cu ayına təsadüf edəcək. Birinci Dünya müharibəsində 9 aydan sonra kimin qalib, kimin uduzduğu artıq bəlli idi, baxmayaraq ki, sülhə yol bir qədər uzun çəkdi. Bəzi təhlillərə görə, qışa qədər də Ukrayna müharibəsində kimin qalib, kimin uduzduğu aydınlaşmalıdır. Müharibədən sülhə keçid uzana bilər, amma hərb meydanında mənzərə aydınlaşarsa, nə Rusiya, nə də Ukrayna əməliyyatları üzücü həddə uzada biləcək. Rusiya anlayır ki, əks-hücuma keçib, məsələn, Xarkov vilayətini yenidən tutmaq çətin olar. Amma o da həqiqətdir ki, ukraynalılar da hücuma xeyli qüvvə sərf edirlər və bu, kifayət qədər itkilərlə nəticələnir.

NATO-nun "bu savaşda Ukrayna qalib gəlməlidir" mövqeyi əslində, riyakarlıqdır. Fərz edək ki, Ukrayna bu münaqişədə qalib gəlib. Ukraynanın Avropanın ən güclü ordusunu məğlub etdiyi halda nə olacaq? Ukrayna bu qələbədən sonra avropalılara olduğu milyardlarla borcu, krediti nümayişkarənə qaytarmayacaq, üstəlik, bu qələbə onu Şərqi Avropanın lideri edərsə, başda məsələn, Polşa olmaqla yeni mini-birlik(lər) formalaşdırmağa başlayarsa, o halda Avropa, NATO peşman olmayacaq ki? Bu səbəbdən müharibəni bitirmək yolları haqda ciddi düşünürlər və bəzi məlumatlara görə, Türkiyə Qərb-Rusiya danışıqları üçün hərəkətdədir...

Futboldakı kimi, "heç-heçə" bu müharibənin sonu kimi ən yaxşı variant ola bilərdi, amma bu, belə görünür ki, artıq mümkün deyil. Qismətimizdə müharibə dövründə dünya çempionatına baxmaq da varmış demək...

Bu müharibənin qalibi "dünya çempionu" olmayacaq, amma nəticə dünyada daha çox şeyi dəyişəcək./Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1276   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dəyəri 500 milyon dollardır: Toyunda taxdığı tac iki gəlininə də qismət olmayacaq

1997-ci ildə Parisdə baş verən avtomobil qəzasında 36 yaşında həyatını itirən Britaniya şahzadəsi Diana 1981-ci il 29 iyul tarixində o dövrün şahzadəsi, hazırda Kral II Çarlz ilə evləndiyi gün Spencer tacını taxmışdı. Qaynarinfo xəbər verir ki, brilyantlarla bəzədilmiş bu tac Diananın ikonik ipək gəlinli

8 iyun
.

Karib dənizində tarixi kəşf: 300 illik əsl quldur gəmiləri tapıldı

Əfsanəvi dəniz quldurlarının cinayət izlərini gizlətmək üçün istifadə etdiyi sərt üsullar suyun altında üzə çıxıb. Quldurların ələ keçirdikləri gəmiləri qarət etdikdən sonra su xəttinə qədər yandıraraq okean dibinə batırdıqları iddia edilən qalıqlar, yüzillər sonra ilk dəfə araşdırılıb. Qaynarinfo xəbə

10 iyun
.

Dünya Kubokunun finalında ulduz yağışı: Şakira, Madonna və BTS səhnəyə çıxacaq

2026-cı il FIFA Dünya Kubokunun final oyununun fasilə proqramında dünya şöhrətli musiqi ulduzları Şakira, Madonna və BTS qrupu çıxış edəcək. xarici mediaya istinadən xəbər verir ki, iyunun 12-də start götürəcək və iyulun 19-da başa çatacaq turnirin final qarşılaşması yalnız futbol deyil, həm də möhtəşə

11 iyun
.

Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır. Qaynarinfo "Discover Wildlife" nəşrinə istinadən xəbər verir ki, Namibiyada yerləşən "Dragon’s Breath" (Əjdahanın Nəfəsi

9 iyun
.

Fironların mirası: Liviya səhrası şüşəsinin sirri açılır

Şimali Afrikanın quraq ərazilərində milyon illərdir sirrini qoruyan qeyri-adi material yenidən elmi araşdırmaların mərkəzinə düşüb. Misir ilə Liviya sərhədi arasında geniş ərazidə tapılan sarımtıl, şüşəvari bu maddə "Liviya səhrası şüşəsi" kimi tanınır. Qaynarinfo xəbər verir ki, təxminən 2

9 iyun
.

Sovet arxivlərindən çıxan ən böyük sirr: "Dyatlov keçidi" hadisəsi

Ural dağlarının ucqar bir nöqtəsində 1959-cu ildə baş verən və 9 təcrübəli alpinistin ölümü ilə nəticələnən "Dyatlov keçidi" hadisəsi onilliklər keçməsinə baxmayaraq hələ də tam şəkildə izah olunmayıb. Qaynarinfo xəbər verir ki, çadırdan panika içində qaçış anından tutmuş cəsədlərdə aşkar edilə

8 iyun
.

Dünyanın ən qədim piramidasını insanlar tikməyib: Alimlər nəyi kəşf etdi?

İndoneziyada, Qərbi Yava bölgəsində yerləşən müqəddəs Qununq Padanq dağı bir neçə ildir ki, elm dünyasında müzakirələrə səbəb olur. Bəzi tədqiqatçılar onun içində Misir piramidalarından daha qədim bir quruluşun gizləndiyini irəli sürüblər. Qaynarinfo "Dailygalaxy" nəşrinə istinadən xəbər veri

12 iyun
.

Bu ölkə 2026-cı ildə tək qadın səyahətçilər üçün ən yaxşı yer seçildi (SİYAHI)

Kosta-Rika 2026-cı ildə tək səyahət edən qadınlar üçün ən yaxşı ölkə elan edilib. Qaynarinfo xəbər verir ki, bu nəticəyə "Time Out" komandası yerli ekspertlərlə sorğu apararaq və hər bir istiqaməti ətraflı təhlil edərək gəlib. "Kosta-Rika geniş tropik meşələri, cənnətə bənzər çimərliklər

8 iyun
.

İran Xarq adasını müharibəyə hazırlayır: Sahillər minalandı

İran bir neçə aydır ki, ABŞ hərbçilərinin Xarq adasına mümkün desant çıxarmasına qarşı hazırlıq görür. xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran sahilboyu əraziləri minalayıb, həmçinin adaya əlavə hava hücumundan müdafiə sistemləri və raket komplekslər

11 iyun