"Qızı ilə evlənmək istəyirdim, özünü sevdim..." - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI

"Qızı ilə evlənmək istəyirdim, özünü sevdim..." - Dəhşətli cinayətin TƏFƏRRÜATLARIİsmayıllıda çalışdığı məktəbin xadiməsini qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Bəxtiyar Əhmədlinin cinayət işi məhkəmə prosesi başa çatıb.

Vətən Müharibəsinin qazisi olan Bəxtiyar Əhmədlinin hansı səbəbdən qadını öldürməsi ictimaiyyətə qaranlıq qalıb.

Sonxeber.az xəbər verir ki, "lent.az" sözügedən cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə bu il fevralın 11-də İsmayıllı rayon Basqal qəsəbə tam orta məktəbdə qeydə alınıb. Orada gözətçi işləyən 25 yaşlı Bəxtiyar Əhmədli iş yoldaşı olan xadimə 40 yaşlı Gülarə Qəhrəmanovanı qətlə yetirib. Ona Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə ittiham elan olunub.

Bəxtiyar Əhmədli ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, Vətən Müharibəsindən sonra Basqal qəsəbəsində orta məktəbdə gözətçi kimi işləməyə başlayıb:

"Orada işə başladıqdan sonra həmin məktəbdə xadimə işləyən Gülarə Qəhrəmanova ilə tanış oldum. Gülarənin mənim təxminən 2020-ci ilin ortalarından Basqalda evlənmək istədiyim, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqda çəkindiyim Əfsanənin anası olmasını bildim.

Təxminən 2021-ci ilin iyun ayının sonlarından etibarən Gülarə ilə aramızda sevgi münasibəti yarandı və bundan sonra Əfsanə ilə daha maraqlanmadım.

Eyni zamanda Gülarəyə də qızı Əfsanədən əvvəllər xoşum gəlməsini, lakin onun özünü tanıdıqdan sonra Əfsanə ilə ailə qurmaq fikrindən daşındığımı bildirdim. Gülarə ilə münasibətim başladı. Onun evli və 4 uşaq anası olması ilə bağlı münasibətimizi hamıdan gizlətdik.

Mən, Gülarəni çox sevirdim və hətta bir dəfə ona əri Ruhiddən ayrılaraq mənimlə başqa yerə gedib yaşaya biləcəyini dedim. Gülarə ilə İsmayıllı şəhərində xatırlamadığım ünvanlarda kirayəyə götürdüyümüz evlərdə bir neçə dəfə cinsi münasibətdə olduq".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Gülarənin oğlu Biruni xatırlamadığı telefon nömrəsindən ona zəng edib:

"O, Basqal qəsəbəsinə gəldiyini və mənimlə görüşmək istədiyini bildirdi. Mən isə Basqal tam orta məktəbdə olduğumu və orada onu gözləyəcəyimi dedim. Lakin Biruni gəlmədi. Üstündən bir neçə gün sonra mənə yenidən zəng elədi. Tanışım Zülfüqarla məktəbin yaxınlığında olduğunu bildirdi. Mən isə məktəbdə olduğumu dedim, arxa qapıdan içəri daxil olmalarını istədim.

Biruni ilə Zülfüqar məktəb binasının arxa qapısından içəri girdilər və orada onlarla söhbət etməyə başladım. Orada Biruni Basqal qəsəbəsində anası Gülarə ilə mənim aramda sevgi münasibətinin olması barədə şayələrin olduğunu deyərək buna aydınlıq gətirməyimi istədi.

Mən isə ona belə bir halın olmadığını, Gülarə ilə sadəcə olaraq iş yoldaşı olduğumuzu, ona bacı gözü ilə baxdığımı dedim. Bundan sonra Biruni ilə Zülfüqar mənə inandıqlarını deyərək çıxıb getdilər".

Bəxtiyar Əhmədli deyib ki, Biruni ilə söhbətindən bir neçə ay keçəndən sonra Qəbələyə gedib:

"Əmim oğlu Elşad Əhmədov, Elşadın dostları Emin və Ağaxanla Qəbələ rayonuna çay içməyə getdik. Oradan Basqala qayıdanda iki ədəd çaxır aldım. Əmimoğlunun işi çıxdığı üçün gəlmədi. Mən də telefonla Zülfüqara yığdım. Dedim içmək istəyirəm.

O da razılaşdı. Axşam mənə zəng edərək Biruni ilə məktəbə gələcəyini dedi. Təxminən 5 dəqiqə sonra Biruni ilə Zülfüqar Basqal qəsəbə tam orta məktəbə gəldi və onlarla birlikdə əvvəl birinci mərtəbədə gözətçi üçün ayrılmış otağa getdik.

Orada Zülfüqarla çaxır içməyə başladıq, Biruni isə spirtli içki qəbul etmədiyindən şirə içdi. Təxminən 2 saata aldığım 700 qramlıq, ya da litrlik olan iki ədəd çaxırdan birini tam, ikinci şüşədən isə yarısını içdik.

Mən alkoqollu içkinin təsirindən telefonumun "Whastapp" tətbiqi üzərindən Gülarə ilə xatırlamadığım mövzuda yazışmağa və içkinin təsirindən kövrələrək gözümdən yaş gəlməyə başladı.

Elə bu zaman Biruni yerindən duraraq tualetə gedərkən arxamdan keçdikdə əlimdəki telefonla Gülarə ilə yazışdığımı görüb əlimdən telefonu aldı və telefonda anası ilə danışdığımı görərək "kiminlə yazışırsan?" deyə soruşdu, mən isə artıq çarəsiz qalıb Biruniyə anası ilə danışdığımı dedim.

Artıq utandığım üçün telefonumu ondan istəmədim, baxmasına razılıq verdim. Bu zaman Biruni üzümə 1-2 dəfə yumruq vurdu. Zülfüqar isə yerindən duraraq Birunini tutmaq istədikdə o, sinif stolunun üzərindəki boş çaxır şüşəsini əlinə götürüb mənim başıma bir dəfə zərbə vurmağa çalışdı. Lakin mən əlimlə başımı tutduğumdan şüşə əlimə dəydi. Biruninin hər iki əli sarğıda idi idi.

Buna görə də, mənə vurduğu yumruq zərbəsi və şüşə ilə əlimə dəyən zərbəsi elədə güclü deyildi. Mən isə günahkar olduğum üçün orada ümumiyyətlə Biruniyə əl qaldırmadım. Bundan sonra Zülfüqar Birunini tutaraq sakitləşdirdi və onlara gedərək məsələyə aydınlıq gətirməyi təklif etdim.

Üçümüz oradan çıxıb təxminən saat 23 radələrində piyada Birunigilə getdik. Biruni evlərinin həyətinə girən kimi yüksək səslə anası Gülarəni çağırmağa başladı. Biz evin qapısına çatdıqda Gülarə qapını açan kimi Biruni sağ əli ilə anasının üzünə şillə vurub içəri girdi. Biruninin arxası ilə də Zülfüqar və mən, evin qonaq otağına daxil olduq.

Biruni evə girəndən sonra Gülarənin saçlarından tutub digər əlində olan mənim telefonumdakı yazışmanı göstərərək yüksək səslə bunun nə yazışma olduğunu soruşdu. Gülarə isə ağlaya-ağlaya mənimlə arasında heç bir münasibətin olmadığını dedi.

Biruni həmçinin dayılarına da zəng edib onların evinə gəlməsini istədi. Orada yaranmış səs-küyə Ruhid, Biruninin bacısı Əfsanə və qardaşı Kənan, eyni həyətyanı sahədə yaşayan Əbülfəz gəldi.

Əbülfəz ora gəldikdən təxminən 5 dəqiqə sonra ora qonşuluqda yaşayan Sübüxanım və Əbülfəzin arvadı Süheylə, daha sonra isə Gülarənin qardaşları Bayram və Habil gəldilər.

Habil ora gələn kimi Biruni ilə Zülfüqardan qışqırmamalarını, qəsəbəyə biabır olacaqlarını dedi. Çünki onlar yüksək səslə oradakı şəxslərə Gülarə ilə mənim gizlin eşq yaşadığımızı deyib, bizi təhqir edərək, "cındır" və "alçaq" kimi sözlər işlədirdilər".

Təqsirləndirilən şəxs qeyd edib ki, ona Basqaldan çıxıb getməyi təklif ediblər:

"Özüm də onlara qəsəbədən gedəcəyimi dedim. Onlar mənə qəsəbədən getməyimi hədə-qorxu ilə istəmədilər. Orada mən, təxminən 1-2 saat qaldım, lakin həyəcanlı olduğum üçün həmin müddət ərzində hansı söhbətlərin olmasını xatırlamıram.

Mən çıxıb məktəbə qayıtdım. Öz otağıma daxil oldum. Otaqda gizlətdiyim bıçağı götürdüm. Qorxurdum ki, Gülarənin qohumları üzərimə hücum çəkərlər.

Eyni zamanda telefonumun Gülarənin evində qaldığını bildim. Lakin utandığım və hədə-qorxu gəlməsələr belə nəsə edəcəklərindən qorxduğum üçün gedib telefonunu götürmədim. Artıq növbəti gün yuxudan oyanıb yenə dünən Gülarənin evində baş verənləri düşünməyə başladım.

Həmin gün artıq saat 9 radələrində məktəbin köhnə binasının üçüncü mərtəbəsində qaldığım yararsız sinif otağından çıxaraq Gülarənin gəlib gəlmədiyinə baxmaq üçün yandakı sinif otağına keçdim.

Oradan məktəbin təzə binasının birinci mərtəbəsindəki pəncərəsindən dəhlizdə Gülarənin dayanmasını gördüm. Həmin an Gülərəni çox sevdiyimi və artıq onunla birlikdə olmayacağımızı başa düşürdüm".


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5837   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust