Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar ?
"Startap Azərbaycan komandası startup.az (Startap Azərbaycan) platformasını tam yeniləyib. Startup.az portalında Azərbaycanın startap ekosistemində olan milli startaplar, startap şəhadətnaməsi alanlar, investorlar, fondlar, startapa dəstək məqsədi ilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri, tənzimləyicilər, hüquqi baza və müxtəlif startap layihələri barədə ətraflı məlumatlar yer alıb".
Bunu Sonxeber.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib.
O bildirib ki, startap Azərbaycan bazasında hazırda 103 milli startap və 68 şəhadətnamə alan startap haqqında Azərbaycan və İngilis dillərində məlumatlar mövcuddur.
"Müxtəlif milli startaplarımızın iştirak etdikləri və təcrübə keçdikləri proqramlar və layihələr haqqında da portalda məlumatlar verilib. Portalda hər bir milli startapın, investorun və mütəxəssisin özü haqqında məlumatları bazaya daxil etmək imkanı yaradılıb. Ekspert Şurası tərəfindən təsdiqləndikdən sonra bu məlumatlar Milli Startap Bazasına daxil edilir. Platformaya əlavə edilən məlumatlar sektorun inkişafına uyğun olaraq daim yenilənir. Platforma startapçılara öz layihələrini geniş ictimaiyyətə və investorlara təqdim etməyə, maraqlı tərəflər üçün ekosistem haqqında məlumatlar əldə etməyə, həmçinin startap komandalara mütəxəssis cəlb etməyə dəstək olur.
Startap Azərbaycan komandası portalın yeni versiyasını KOBİA-nın dəstəyi ilə hazırlayıb".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1082 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr