Zahid Oruc: "Qərb kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi"
"Qərb kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi".
Sonxeber.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, azad torpaqlara köçürülən ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu.
Deputat bildirib ki, "Ermənistan ərazilərinin ələ keçirilməsi"ndən danışan Avroparlament, AŞPA və onlarla dövlətin XİN-ləri, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır:
"Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb".
Deputat vurğulayıb ki, qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər:
"Qərbin hazırkı mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək. Erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin Bakını ələ keçirməyi simulyasiya etdiklərini yazır. Halbuki baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi biz ola bilmərik. İran ordusu "Zəngəzur dəhlizi"nin deyil, "Araz koridoru"nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər. Beləliklə, hadisələr düz yüz il əvvəlki ssenari üzrə gedir. Tarix təkrarlanır. Bir əsr qabaq da Osmanlıdan üz döndərən erməni lideləri əvvəlcə rus çarına sıgındılar. Daha sonra 1-ci dünya müharibəsində məğlub olan Rusiya imperiyasının xeyirxahlığını və yardımını unudub Vudro Vilsondan himayə, arbitraj qərarı və ordu istədilər. O vaxt da indiki kimi amerikalı general Harbord köməyə gəldi, lakin Ermənistana ərazini və dövləti bolşeviklər verdi".
"Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq", - Z.Oruc əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR