Çox yaxın qohumlar kimlərdir ? - Hüquqşünas açıqladı
Hüquq münasibətləri başlıca olaraq cəmiyyətin oxşar həyat tərzinə uyğun tənzimləndiyi üçün bir sıra münasibətləri dəqiq öyrənmək faydalıdır. Bu xəbərdə yaxın qohumların dairəsi, onlarla bağlı qanunvericiliyin mövqeləri barədə məlumat verməyə çalışacağıq.
Kimlər yaxın qohumlar sayılır və hansı münasibətlərdə bu qohumluq məsələləri ön plana çıxır?
"Hər hansı qətl hadisəsində və ya zorlama hadisəsində tərəflərin ən yaxın qohum olması xüsusi vurğulanır. Burada onların əslində yaxınlıq dərəcəsi, əlaqələrinin yüksək səviyyədə olması da vurğulamaq və diqqət yetirilməsi arzulanır. Amma nəzərə almaq lazımdır ki, qanunvericilikdə ən yaxın, lap yaxın, çox yaxın qohum anlayışı yoxdur".
Bu sözləri Sonxeber.az-a hüquqşünas Şamil Paşazadə deyib.
O bildirib ki, mediada, sosial şəbəkələrdə bəzən qohum, tanış və s. əlaqələr qarışdırıldığı müşahidə edilir.
"Bu kimi halları televiziya efirində bəzən jurnalistlərin, hüquqşünasların da istifadə etdiyini müşahidə etmək olar. Qanunvericilikdə qohum və yaxın qohuma bu cür anlayış verilir. Yaxın qohumlar deyəndə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur.
Ümumiyyətlə qohumlar deyəndə isə babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları hesab olunur".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8035 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr