Nişanlısının öldürdüyü 16 yaşlı qız haqqında yeni detallar - 8-ci sinifdə oxuyarkən...
Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən boğazı kəsilərək qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.
BAKU.WS-in məlumatına görə, Hökməli qəsəbə tam orta məktəbindən Qafqazinfo-ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub:
"Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi".
Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.
Hökməli məscidinin qarşısında nişanlısı tərəfindən öldürülən H.Rəcəbova ötən gün axşam saatlarında dəfn edilib. Onun dekabrın 12-də 16 yaşı tamam olacaqdı.
Hadisəni törədən 1996-cı il təvəllüdlü Murad Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1661 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr