"Şuşada Azərbaycan Konsulluğunun açılması Türkiyə və Azərbaycan ittifaqı baxımından çox önəmlidir" - Politoloqdan AÇIQLAMA
"Zəngilan və digər hava limanlarının açılması ilə Şuşanın turizmə yolu açılır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayıracaqlar. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq", - deyə o qeyd edib.
Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib.
O bildirib ki, Şuşada Azərbaycan Konsulluğunun açılması Türkiyə və Azərbaycan ittifaqı baxımından çox önəmlidir.
"Şuşa yenidən bərpa olunur, Qarabağ yenidən qurulur. Burada Türkiyə şirkətlərinin də böyük payı var. Bunu dünən Zəngilan Beynəlxalq Hava Limanının açılışında Prezidentlər vurğuladı. Şuşada Konsulluğun açılması hərbi-siyasi nöqteyi-nəzərdən Azərbaycan üçün vacibdir ,çünki Şuşa Qarabağın mərkəzidir. Ermənistan və İrandan müəyyən təhlükələr yenə gündəmdədir. Türkiyənin bölgədə diplomatik varlığı olmalıdır ki, düşmən ölkələr Azərbaycana təzyiq etməkdən çəkinsinlər. İlham Əliyev dünən onu da bildirdi ki, Türkiyə-Azərbaycan İttifaqı ona görə önəmlidir ki, Azərbaycanı təkləmək istəyən dövlətlər qarşısında Türkiyə-Azərbaycan ittifaqını da görəcək".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1482 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr