BDU-da müəllimlərin maaşı ilə bağlı YENİLİK
Bakı Dövlət Universitetinin (BDU) pofessor, dosent, elmlər və fəlsəfə doktorları və müəllim heyətinin maaşları artırılıb.
Bu barədə BAKU.WS-ə ali təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, BDU-nun Elmi Şuranın növbəti iclası keçirilib və cari məsələlərə baxılıb.
Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.
Eyni zamanda yığıncaqda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib. Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3121 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabr