Donetskdə qalan azərbaycanlıların aqibəti - VİDEO
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Donetsk vilayətində qalan soydaşlarımızla ünsiyyətdə olub.
Məlum olub ki, vilayətin Pokrovsk, Kramatorsk, Toretsk, Konstantinovka, Baxmut və digər rayonlarında olan azərbaycanlılar müharibə şəraitinin olmasına baxmayaraq, nəinki öz evlərini tərk etməyiblər, hətta onların arasında tibb, polis və hərbi sahədə bu günə kimi çalışanlar da var.
Belə soydaşlarımızdan biri də cəbhə xəttindəki Toretsk Şəhər Polis İdarəsinin müstəntiqi, mayor Namiq Dünyamalıyevdir.
O, şəhərə hər gün hücumların olduğunu qeyd edib.
Səyyar və Nicat Həşimov qardaşları hələ SSRİ dövründən burada yaşayırlar. Uzun müddətdir bizneslə məşğul olan qardaşların demək olar ki, bütün obyektləri Rusiya ordusunun endirdiyi raket zərbələri nəticəsində dağıdılıb.
Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, azərbaycanlılar etnik cəhətdən zəngin olan Donetskdə çox fəaldırlar.
"Ukraynanın digər vilayətlərində olduğu kimi, Donetskdə də kifayət qədər çoxmillətli şəhərimiz var. Azərbaycanlılar müharibə müddətində nəinki buraları tərk etməyiblər, hətta öz ikinci vətənlərini müdafiə etməyə qalxıblar. Ukrayna onun uğrunda döyüşən vətənpərvərlərə həmişə minnətdar olacaq", - deyə P. Kirilenko əlavə edib.
Onu da qeyd edək ki, Donetsk Ukraynada müharibə başlayandan enerji böhranından ən çox zərər çəkən vilayətlərdən biridir.
Ətraflı videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı