Dəfn mərasimi, yoxsa şou? - Qıcıq doğuran yeni "adətlər"

Dəfn mərasimi, yoxsa şou? - Qıcıq doğuran yeni "adətlər"Son vaxtlar dəfn mərasimlərində yeni "adətlər" peyda olub. Yəqin ki, siz də diqqət etmisiniz: xüsusilə tanınmış insanların və onların ailə üzvlərinin dəfn mərasimlərinə gələn bəzi şəxslər sosial şəbəkələrdə canlı yayımlar açıb, fotosessiyalar edərək, cəmiyyətin diqqətini öz üzərlərinə çəkməyə çalışırlar.

İnsanların kədərli anlarını şouya çevirən dırnaqarası blogerlərin dəfn mərasimlərinə gətirdiyi qondarma adətlər təəssüflər olsun ki, günün reallığına çevrilib və belə hallar getdikcə kütləvi hal almağa başlayır.

Sosial şəbəkə paylaşımlarına diqqət etsək görərik ki, insanların buna münasibəti birmənalı deyil. Bir çoxları "dəfn şou"larının yolverilməz olduğunu, bu kimi halların dünyasını dəyişən şəxsə və ailə üzvlərinə qarşı hörmətsizlik olduğunu düşünür. Lakin "burada nə var ki?" deyib, yasdan reklam tutanlara haqq qazandıranlar da az deyil.

Qıcıq doğuran yeni "adətlər"dən biri də cənazənin alqışlarla qarşılanıb, son mənzilə yola salınmasıdır. Axı bunu necə başa düşmək olar? Gözü yaşlı insanların çiyinlərində daşıdığı cənazəni alqışlamaq nə deməkdir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, yas mərasimləri bütün mənalarda öz məcrasından çıxıb. Onun sözlərinə görə, artıq yas və toy məclislərini tənzimləmək lazımdır:

"Dəfn mərasimləri, toylar protokollaşdırılmalıdır. Bəzi Orta Asiya respublikalarında olduğu kimi yas mərasimləri və digər tədbirlərin tənzimlənməsi üçün müəyyən normativ hüquqi aktlara ehtiyac var. Bununla bağlı qaydaların formalaşdırılması vacibdir, çünki bu proseslər tənzimlənmədikcə, xoşagəlməz halları daha çox müşayiət edəcəyik. Bəzən yas mərasimlərini kimlərsə şouya çevirmək istəyir, əllərində kamera canlı yayımlar edirlər. Yaxını vəfat edən şəxs bilmir ki, yasını keçirsin, yoxsa belə insanlarla məşğul olsun. Xüsusilə də şəhidlərin anım mərasiminin sırf dini mərasimlərə çevrilməsi cəhdlərini görürük. Yas mərasimləri tənzimlənmir, buna görə də xoşagəlməz hallar baş verir. Hər kəs bundan narazı və narahatdır, amma addım atılmır".
Deputat qeyd edib ki, bu gün hamı yas və toy mərasimlərindəki israfçılıqdan əziyyət çəkir:
"Bir yas mərasimini keçirmək üçün ən azı 20 min, ən çoxu isə 100 min manat vəsait xərclənilir. Ölkədə ən gəlirli sahələrdən biri mərasim evlərinin işlədilməsidir. İsrafçılıq, bəhsəbəh bizi uçuruma aparır. Azərbaycanda yaslar elə vəziyyətə gəlib ki, sanki toy mərasimidir. İnsanlar bundan narazıdır, amma prosesi tənzimləmirlər. Ancaq biz müdaxilə etməliyik ki, yas mərasimlərində süfrədə nə olsun. Çünki xalq, millət olaraq inzibatçılığa meyilliyik. İnsanlar gedib borc, kredit götürür ki, yaslarını yola versinlər. Bakıda qəbiristanlıqda yerin qiyməti 4-5 min manatdır. Yas mərasimində çay süfrəsi və xurma yetərlidir. Yasa gələn 99% insanın o süfrədəki yeməyə ehtiyacı yoxdur".

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli isə vurğulayıb ki, yas mərasimləri sadə olmalı, israfa yol verilməməlidir:

"Yasda şan-şöhrət güdülməməlidir. İsrafçılığa yol vermək olmaz. Məncə, yas mərasimləri məcrasından çıxıb demək olmaz, amma dəyişən bəzi şeylər var".

Din xadimi dəfnin canlı yayımla nümayiş etdirilməsinə də münasibət bildirib:
"Düzdür, dində bu məsələ ilə bağlı hər hansı qadağa yoxdur. Ancaq yaxınını dəfn edən birinin ürəyi yanır, fəryad edirsə, ağlayırsa, belə görüntülərin çəkilməsi doğru deyil. Hər bir halda dəfn zamanı canlı yayım məhdudlaşdırılmalıdır. Dünyadan köçən birinin alqışlarla yola salınması isə dini qaydalara aid deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2778   Tarix: 22 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr