"Zəng edib dedim ki, məndə şəkillərin var" - Tariyel Qurbanovu şantaj edənlər danışdı

"Zəng edib dedim ki, məndə şəkillərin var" - Tariyel Qurbanovu şantaj edənlər danışdıTanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə kisəçinin qardaşı, şantaj yolu ilə prokurordan pulların alınmasında iştirak edən İlqar Əliyev ifadə verib. O bildirib ki, Tariyel Qurbanovu tanısa da, onu heç vaxt şantaj etməyib:

"Mən ümumiyyətlə, rayonda yaşamışam. Bakıya aradabir gəlib-gedirdim. Qardaşım deyirdi, Tariyel müəllim zəng edib sənə pul verəcək, get onu götür, mən də mesaj yazıb dəqiqləşmə aparıb pulu götürürdüm. Bir neçə dəfə isə kartıma pul köçürülüb. İttihamda deyildiyi kimi, mən Tariyel müəllimdən 5 min manat filan almamışam, o pulu mənə qardaşım maşın almaq üçün verib. Mən bilmirəm qardaşım pulu hardan əldə edib. Amma deyirdi ki, Tariyel müəllim ona köməklik edir.

Bir neçə dəfə isə mən polisə düşəndə Tariyel Qurbanov zəng edib məni bölmədən çıxartdırıb. Qardaşımın hansı hamamda nə işlədiyindən xəbərim yox idi. Sonuncu dəfə Tariyel Qurbanov mənə dedi ki, qardaşıma deyim ki, onu narahat etməsin. Mən də bunu qardaşıma çatdırdım.

Daha sonra digər təqsirləndirilən Natiq Nuriyev ifadə verib. İttihama görə, N.Nuriyev Tariyel Qurbanovdan üç dəfəyə 29 min manat pul alıb. O, cinayət əməlini qismən etiraf edib:

"Ümman Əliyev dostum olub. Bir dəfə ehtiyacım olanda Ümman mənə 2 min manat verdi. Dedi ki, şəxsi biznesim var, oradan qazanıram. Ümmanın Tariyel Qurbanovla tanışlığından məlumatım var idi. Bir dəfə gördüm ki, Ümman zəng edib Tariyel Qurbanovdan pul tələb edir. Mən də onun telefonundan Tariyel müəllimin nömrəsini götürdüm. Başladım şantaj eləməyə. Dedim ki, Ümmanın telefonu məndədir. Sənə aid şəkillər var, pul istədim. Bəli, mən Tariyel müəllimə hədə-qorxu gələrək pul istəmişəm. Lakin əlimdə ona aid heç bir rüsvayedici foto olmayıb. Bir dəfə mənə 1800 manat, sonra 8 min göndərib. Amma o pul mənə çatmayıb. Guya o pulu 4 nəfər arasında böləcəkdik. Yenə 4 min istəyəndə dedi ki, sizi tutduracam. İstintaqdakı ifadələrimi isə təsdiq etmirəm. Onu təzyiq altında vermişəm".

Proses noyabrın 11-də davam etdiriləcək.

İstintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. Belə ki, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda, həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Məşhur prokuroru əsas şantaj edən şəxsin Ümman Əliyev olduğu bildirilir. İddialara görə, o, hamamda kisəçi-ofisiant işləyib. Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi kimi Ümmanla orada tanış olub. Ü.Əliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda fotoları olduğunu deyib və pul tələb edib. İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.

Qeyd edək ki, T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Xatırladaq ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2941   Tarix: 28 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust