Qərb Rusiya ərazisində sui-qəsdlər edə bilər - Professor

Qərb Rusiya ərazisində sui-qəsdlər edə bilər - ProfessorRusiya ilə Ukrayna arasındakı vəziyyət getdikcə beynəlxalq böhrana çevrilir.

Bu sözləri Rusiyanın taxıl sazişindən çəkilməsini şərh edən Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Oqtay deyib.

Professor xatırladıb ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Qara dənizin Sevastopol sahilində rus gəmilərinə doqquz PUA və beş insansız dəniz texnikası ilə hücum təşkil edildiyini açıqlayıb:

"Rusiya bu məsələdə Britaniyanı günahlandırıb. Həmçinin Ukraynada xidmətdə olan ingilis kəşfiyyatçıların Şimal Axını-2 kəmərinə təxribat cəhdi etdiyini bildirilib".

H.Oqtayın sözlərinə görə, Ukrayna taxıl dəhlizi vasitəsilə 10 milyard dollar gəlir əldə edəcəkdi:

"Digər tərəfdən yeni biçilən məhsulun yığılması üçün anbarlar boşalacaqdı. Rusiya taxıl sazişindən çəkilməklə həm Kiyevin bu gəliri əldə etməsinə, həm də dünya bazarına məhsulun ötürülməsinə mane oldu".

Professor qeyd edib ki, Krım körpüsü vurulandan sonra Rusiya Ukraynaya aktiv şəkildə raket hücumları təşkil etdi və İrandan alınan dronlarla ölkənin demək olar ki, bütün infrastrukturunu hədəf aldı:

"Bundan sonra ABŞ B-52 və F-16 döyüş təyyarələri ilə nüvə başlıqlı bombaların da atıldığı təlim keçirdi. Sözügedən təlim Krım körpüsünün vurulması ilə Rusiyanın nüvə silahından istifadə riskinə ABŞ-ın qabaqlayıcı xarakterli cavabı idi. İndi İngiltərənin adının daha çox hallandığı Sevastopol hücumu ilə toqquşma sahələrinin daha da genişlənmə ehtimalı var. Münaqişənin Ukrayna sərhədlərindən kənara çıxması nüvə böhranını da özü ilə bərabər gətirə bilər. Bununla yanaşı tərəflər arasında sülh masasının qurulmasında və taxıl sazişinin imzalanmasında vasitəçi olan Türkiyə yeni vəziyyəti və şərtləri yenidən gözdən keçirərək diplomatik səylərini ciddi surətdə artırmalıdır. Çünki öz sərhədlərini keçən atışmalar istər-istəməz Türkiyəyə də təsir göstərəcək. Rusiya müdafiə naziri Sergey Şoyqunun üç yüz min rus əsgərinə Ukrayna müharibəsinə qatılmaq üçün təlimlərin keçirildiyini açıqlamasından sonra bəhs etdiyimiz hadisələrin baş verməsi bu qış tərəflər arasında şiddətli döyüşlərin olacağını göstərir. Qərb bütün imkanlarından Ukraynada Rusiyanı dayandırmaq üçün istifadə edəcək. Hətta Qərbin həmlələri bununla məhdudlaşmayacaq. Rusiyada hakimiyyət çevrilişinə və sui-qəsdlərin təşkilinə cəhdlərin olması da mümkündür"./Axar


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1044   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri

16 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Ukraynanın Dnepropetrovsk vilayətində Rusiya hücumları nəticəsində iki nəfər həlak olub, qubernator bildirib

Vilayət qubernatoru Aleksandr Hanja Telegram mesajlaşma tətbiqində bildirib ki, Rusiya hava hücumları nəticəsində Ukraynanın cənub-şərqindəki Dnepropetrovsk bölgəsində iki nəfər həlak olub. France 24-ə istinadən xəbər verir ki, Rusiya gecə boyu Ukraynanı bombalamağa davam edib. Müəllif: İlkin Məmmədkərimo

15 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind

16 oktyabr
.

ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri

16 oktyabr