"Rusiya Moldova hökumətini devirmək istəyir" - "Washington Post"dan ilginc iddia...

"Rusiya Moldova hökumətini devirmək istəyir" - "Washington Post"dan ilginc iddia..."FTX bu məqsədlə on milyonlarla dollar xərcləyib..."

"Hökumətin devrilməsində israilli milyardçı İlan Şora stavka edilir..."

"Şorun partiyası "insanların həyatını yaxşılığa doğru dəyişən konkret fəaliyyət partiyası" kimi təqdim edilir..."

"2021-ci ildə seçkilər ərəfəsində Moskva Sandunun nüfuzunu sarsıtmağı və Moldovanı öz təsirinə qaytarmağı planlaşdırıb..."

Moskva Moldovada hakimiyyəti dəyişməyə cəhd edir, bu zaman israilli milyardçı İlan Şora stavka edir.

Bu barədə kəşfiyyat sənədlərinə və məlumatlı şəxslərlə müsahibələrə istinadən "Washington Post" qəzeti yazıb.

Materialda iddia edilir ki, FTX bu məqsədlə Rusiya dövlət şirkətlərinin büdcəsindən on milyonlarla dollar xərcləyib.

Bundan başqa, Rusiya hələ 2021-ci ilin mart ayında Şorun partiyasının məsləhətləşmələri üçün polittexnoloqlar komandası göndərib.

Bu mütəxəssislər o cümlədən Şorun siyasi gücünü "insanların həyatını yaxşılığa doğru dəyişən konkret fəaliyyət partiyası" kimi təqdim etməyi və internetdən siyasət barədə neqativ materialları jurnalistləri ələ almaq və ya məhkəmə yolu ilə çıxarmağı məsləhət görüb.

Həmçinin sənədlərə əsasən, FTX belə bir sövdələşməyə kuratorluq edib: hansısa rusiyalı oliqarx Şorun əsas aktivlərindən birini Moldova hakimiyyətindən gizlətmək üçün əldə edib.

Sentyabrın ortalarından "Şor" partiyasının tərəfdarları Kişinyovun mərkəzində müddətsiz etiraz aksiyaları keçirir.

Onlar Maya Sandunun istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Oktyabrın 20-də partiya üzvləri və fəalları arasında axtarış keçirilib.

Moldovanın korrupsiya əleyhinə prokuroru Veronika Draqalin bəyan edib ki, onun idarəsi tərəfindən bütün ölkə boyunca pullar əldə edib etirazçılara paylayan cinayətkar qrup aşkar edilib.

Oktyabrın 29-da ABŞ-ın maliyyə naziriliyi "Maqnitskinin qlobal qanunu"na uyğun olaraq Şor, onun partiyası və həyat yoldaşı, rusiyalı müğənni Jasminə (Sara Şor) qarşı sanksiyalar tətbiq edib, həmçinin moldovalı oliqarx Vladimir Plaxotnyuk və oğlu, Rusiyanın sabiq baş prokuroru İqor Çayka "qara siyahı"ya salınıb.

Amerika idarəsində müəyyən edilib ki, 2021-ci ildə Moldovada seçkilər ərəfəsində Rusiya Sandunun nüfüzunu sarsıtmağı və keçmiş sovet respublikasını Rusiyanın təsirinə qaytarmağı planlaşdırıb.

Bundan öncə Şor Rusiyadan olan adamlarla işləyib. ABŞ-ın məlumatına görə, Çayka pullar üçün "giriş qıfı" kimi istifadə edilib, bu pullar məmurları ələ almağa və seçkilərdə dələduzluq etməyə yönəlib.

Plaxotnyuk və Şor Moldovanı tərk etməyə məcbur olub, çünki hər ikisinin adları Moldovanın üç bankından milyard dollar oğurluqla bağlı cinayət işində keçir.

Şor hazırda İsraildə yaşayır, "Washington Post" dəqiqləşdirib./Moderator


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 976   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri

16 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Ukraynanın Dnepropetrovsk vilayətində Rusiya hücumları nəticəsində iki nəfər həlak olub, qubernator bildirib

Vilayət qubernatoru Aleksandr Hanja Telegram mesajlaşma tətbiqində bildirib ki, Rusiya hava hücumları nəticəsində Ukraynanın cənub-şərqindəki Dnepropetrovsk bölgəsində iki nəfər həlak olub. France 24-ə istinadən xəbər verir ki, Rusiya gecə boyu Ukraynanı bombalamağa davam edib. Müəllif: İlkin Məmmədkərimo

15 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind

16 oktyabr
.

ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri

16 oktyabr