Putin Qərblə gizli Qarabağ danışıqları aparıb - AÇIQLAMA

Putin Qərblə gizli Qarabağ danışıqları aparıb - AÇIQLAMARusiya prezidenti Vladimir Putinin ilk dəfə Valday klubunda gündəmə gətirdiyi "Vaşinqton variantı" həm Azərbaycanda, həm də Ermənistanda geniş müzakirələrə səbəb olub. Erməni siyasətçilər Putinin çıxışını İrəvana mesaj kimi qiymətləndirərək, Ermənistanın Kremlin təklif etdiyi sülh planını seçməli olduğunu bildiriblər. Bəzi politoloqların fikrincə, İrəvan ABŞ-ın sülh variantını dəstəkləsə, bu, ölkəyə böyük fəlakətlər gətirəcək.

Azərbaycana gəlincə, ölkəmizin hansı variantı seçəcəyi sual doğurur: Vaşinqton variantı, yoxsa Rusiya?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov artıq Rusiyanın iç üzünün açıldığını bildirib.

Deputat fikirlərini belə əsaslandırıb: "Putinin dediyindən belə çıxır ki, onlar Qarabağda öz ağalıqlarını təmin etmək üçün Ermənistanla gizli danışıqlar aparıb. Ola bilsin ki, hətta Avropa ilə də gizli danışıqlar aparılıb. Hələ ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə bizim icmanın onlarla görüşü olmuşdu. Görüş vaxtı dedim ki, siz bu məsələni həll edə bilmərsiniz. Hətta onların bir-birinə zidd beynəlxalq siyasət yürütdüklərini üzlərinə vurdum. Görüşdə iştirak edən nümayəndə gülə-gülə mənim dediklərimi təsdiqləyərək, Qarabağ məsələsinin istisna olduğunu dedi. Belə çıxır ki, Qarabağdakı separatçıları müdafiə etmək, onların qanunsuz fəaliyyətini təmin etmək həm Fransa və ABŞ-ın, həm də Rusiyanın ortaq nöqtəsidir".

Deputat hesab edir ki, indiki durumda "Vaşinqton variantı" Moskvanın planı ilə müqayisədə daha sərfəlidir:

"Moskva planına görə, Qarabağ Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Ancaq bu cür olmayacaq. Burada Putin necə düşünür, Qərb necə düşünür, bunun Azərbaycan üçün əhəmiyyəti yoxdur. Məsələ ondan ibarətdir ki, Qarabağ Azərbaycan ərazisidir. Onların hamısı - erməni, fransız, amerikalı və rus başa düşməlidir ki, Azərbaycan belə vəziyyətlə barışmaycaq. Azərbaycan Qarabağda köç salmış separatçıları da, cinayətkarları da ərazisindən təmizləyəcək. Azərbaycan burada Vaşinqton, yaxud Moskva planı olsun, bununla barışmayacaq. Ancaq müqayisə etdikdə Vaşinqton variantı bizim üçün sərfəlidir. Çünki bu variantda Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasından, Azərbaycanın tam suverenliyindən söhbət gedir".

Parlamentari vurğulayıb ki, artıq əvvəlki Azərbaycan yoxdur, indi həm Rusiyanın, həm də Qərbin qarşısında qalib ölkə dayanır:

"Putinin Rusiyası bizim suverenliyimizi istəmir. Ermənistana deyir ki, bizim dediyimizlə razılaşmalısınız, çünki sizə bu sərfəlidir. Ancaq Rusiya və Ermənistan hələ birinci Qarabağ müharibəsi zamanı məğlub olmağımıza baxmayaraq, bizi nəyəsə məcbur edə bilmədi. İndi isə biz qalib ölkəyik. Yanımızda qardaş Türkiyə var. Belə olan halda heç kim bizi oyuna gətirə bilməz".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday klubunun iclasında çıxışı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından söz açıb və "Vaşinqton variantı"nı gündəmə gətirib. Onun sözlərinə görə, "Vaşinqton variantı" Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur. Rusiya lideri Ermənistan xalqına və hakimiyyətinə müraciət edərək, onları iki variantdan birini - ya "Vaşinqton varianti", ya da "Rusiya variantı"nı seçməyə çağırıb.

"Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar", - Rusiya lideri çıxışında Ermənistana gizli mesajlar verib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2970   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək

Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind

15 oktyabr
.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri

16 oktyabr
.

Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə

15 oktyabr
.

ABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b

15 oktyabr
.

Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb

Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə

15 oktyabr