Sobanı təmizləmək istədi - Yanağı deşildi - FOTO +18
Sobanı təmizləmək istəyərkən İrlandiyanın Meyo qraflığından olan 45 yaşlı Mora Prenderqastın başına iş gəlib.
BiG.AZ xəbər verir ki, bu barədə "The Mirror" yazır.
Belə ki, qadın təmizləyici vasitəni sobanın dəmirlərinə çəkərək bir gecə saxlayıb. Səhəri gün təmizliyi davam etdirmək istədikdə vasitənin qapağını açarkən onun bir damçısı qadının yanağına sıçrayıb, lakin Mora buna fikir verməyib.
Yanağı qaşınmağa başlayanda qadın üzünü silib və ağır yanıq xəsarəti aldığından xəbərsiz halda işini davam etdirib.
Daha sonra qızı ona "İlahi, bütün üzün qaralıb!" dedikdə Prenderqast üzünü bir neçə dəfə yuyub və dərhal təcili tibbi yardıma müraciət edib.
Həkimlər onu plastik cərrahiyyə şöbəsinə göndəriblər və yanığın daha çox yayılmaması üçün dərinin bir hissəsini əməliyyat vasitəsilə götürüblər. Nəticədə Prenderqastın yanağında dəlik əmələ gəlib.
Növbəti üç il yarım ərzində qadın 10 plastik əməliyyat keçirib. Onlardan əksəriyyəti uğursuz olub. Prosedurlardan birindən sonra Moranın üzünə 2 ay yarımlıq müddətə vakuum paketi qoyulub. Həmin dövrdə qadın insanların nəzərindən qaçmaq üçün evdən bayıra çıxmayıb.
Çoxsaylı ağrılı əməliyyatlardan sonra Prenderqast nəhayət sağalıb. Çapıqdan diqqəti yayındırmaq üçün o, üzünə döymə vurdurub.
"Nəhayət özümü xoşbəxtəm hiss edirəm. Ömür boyu tanıdığın bir insanla nişanlıyam, 6 gözəl övlada sahibəm, anam və atam salamatdırlar, möhtəşəm bir oteldə çalışıram və çox yaxşı dostlarım var", - deyə qadın etiraf edib.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Əli Həsənova yeni vəzifə verilir
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video