Qüdrət narı və ya Afrika xiyarı - Bu meyvəni tanıyırsız? - FOTO
Əksər xəstəliklərin dərmanı təbiətdə mövcuddur. Elə bitkilər var ki, adını bilməsək də, min bir dərdə dərmandır.
Məsələn, qüdrət narı, bəzi yerlərdə Afrika xiyarı, acı qovun, balzam alması və ya armudu kimi tanınan meyvə haqqında eşitmisiniz?
BiG.AZ xəbər verir ki. bu bitki barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində məlumat verib.
O bildirib ki, bitki latınca "momordica" ("dişlənmiş") adlanır və sanki yeyilmiş vəziyyətdə bitir. Kal olarkən yaşıl, yetişəndə sarı-qırmızıya çalan rəng alır.
Vətəni Hindistan olsa da, Azərbaycan da yetişdirilir. Türkiyədə isə çox məşhurdur.
Həkimin sözlərinə görə, bu nar növü əczaçılıq sahəsində geniş istifadə olunur.
Qüdrət narı bol su və günəşlə təmin olunarsa, onu hətta dibçəkdə də yetişdirmək mümkündür. Əksər xəstəliklərin müalicəsində istifadə edilən nar, həm də kolit, qastrit kimi mədə və bağırsaq pozulmalarına da güclü təsir edir.
Qüdrət narlı xüsusi məcun 1 çay qaşığı 3 dəfə yeməkdən öncə yeyilir və həzm xəstəlikləri üçün yaxşıdır.
Gündə bir qaşıq qüdrət narı, bal və zeytun qarışımı bağırsaqlardakı qəbizlik problemini aradan götürür.
Bəzi araşdırmalara görə, qüdrət narının faydalarından biri də şişin qarşısını almaq və hüceyrə sağlamlığını qorumaqdır. Bunun üçün xalis zeytun yağı içində 6 ay gözlədilən qüdrət narından 1 xörək qaşığı götürüb 1 xörək qaşığı balla qarışdıraraq açqarına yemək məsləhətdir.
Meyvənin üst hissəsi və yarpaqları şəkər xəstəliyi zamanı istifadə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2329 Tarix: 01 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr