Baş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTO

Baş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib.

Nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib.

Daha sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı şəhərinin Baş planı barədə məruzə ilə çıxış edib.

Heyət 110 kV-luq "Qubadlı" yarımstansiyasına da baxış keçirib. "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayev yarımstansiyada görülən işlər barədə məlumat verib.

Daha sonra heyət Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna baxış keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə köçkünlərin Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı və mina, partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.

Daha sonra heyət 110 kV-luq "Laçın şəhəri" qovşaq yarımstansiyası ilə də tanış olub. Buradan Baş nazir Əli Əsədovun, PA-nın və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Laçın şəhərinə gəlib. Laçın şəhərində görülən işlər barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və "Bakı Abadlıq Xidməti" MMC-nin baş direktoru Bünyad Qasımov məlumat veriblər, şəhər xəstəxanasının binasına da baxış keçirilib.

Heyət daha sonra Laçın rayonunda Qorçu Hava Limanında olub. "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi hava limanının tikintisi ilə əlaqədar görülən işlər barədə məruzə ilə çıxış edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işləri məruzə edib.

Səfər çərçivəsində baxış keçirilən bütün yerlərdə yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin icrasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilib./Oxu.az

Baş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTOBaş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1368   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr