Akif İslamzadə bahalaşmada xalqı günahlandırdı: "Zibilliklər çörəklə doludur"
Dünyada olduğu kimi, ölkəmizdə də bahalaşma davam edir. Ümumiyyətlə, il ərzində bahalaşma tendensiyası heç bir ay da səngiməyib, əksinə, hər keçən ay müddətində bir az da yüksələn xətt üzrə inkişaf edib. İlin başa çatmasına isə az qalır. 2022-ci il yaxın tarix ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq.
Bəs görəsən, böyük hissəsi özünün bazarlıq etmədiyini deyən sənət adamları bahalaşmadan xəbərdardırlarmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Akif İslamzadə bu bahalaşmanın birbaşa israfçılıqla əlaqəli olduğunu deyib:
"Elə mən də marketə, bazara getməyən sənətçilər sırasındayam. Ona görə hansı məhsulların qiymətinin artdığından, bahalaşmadan xəbərim yoxdur. Amma bilirəm ki, bahalaşma bütün dünyada gedir. Bu proses hər yerdə gedir və bu hələ başlanğıcdır. Vəziyyət daha da pisləşəcək. Bunun qarşısını almaq üçün başını aşağı salıb işləmək, güclü olmaq lazımdır. Qıtlıq zaman-zaman hər cəmiyyətdə olur, bu, dünyada gedən proseslərdən asılıdır. Ona görə də xalqımız daha zəhmətkeş olmalı, çörəyin qədrini bilməlidir. Gedin küçələrdəki zibil yeşiklərinin ətrafına baxın, görün nə qədər çörək tullanır. İsrafçılıq bütün dünyada yayılıb, içi mən qarışıq hər kəs israfçılıq edir.
30 il bundan əvvəl ayda bir kiloqram yağ verirdilər, talonla insanlara ət verirdilər, bəs onda necə dolanırdılar? Bütün bu hadisələrin səbəbi israfçılıqdır, məsələnin kökündə məhz bu dayanır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1948 Tarix: 01 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr