9 il məhkumluqdan sonra bəraət alan şəxs danışdı - VİDEO

9 il məhkumluqdan sonra bəraət alan şəxs danışdı - VİDEOÖtən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sistemində nadir hallarda baş verən hadisələrdən biri qeydə alındı. Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

BAKU.WS xəbər verir ki, 53 yaşında tutulan Aydın Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxıldı.

2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə, Cinayət Məcəlləsinin "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs qismində tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin "tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə" və "iki və ya daha çox şəxsi öldürmə" maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra ona bəraət verilib.

Aydın Qəhrəmanov deyir ki, əslində, həmin gecə 3 il birlikdə yaşadığı qadınla və onun qardaşı qızı ilə birlikdə zəhərlənib. Aydın Qəhrəmanovun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Hətta Qəhrəmanov xəstəxanada olanda mərhum Aida Yəhyayeva onu ziyarət edib. Xəstəxanadan çıxdıqdan sonra isə mərhum Aydın Qəhrəmanova zəng edərək deyib ki, müalicə müddətində içdiyi dərmanlardan ona da gətirsin.

Bundan sonra isə Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın vəziyyəti pisləşib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bir neçə gündən sonra isə dünyalarını dəyişiblər.

Beləliklə, Aydın Qəhrəmanov həbs olunub. 9 il 6 ay dəmir barmaqlıqlar arxasında qalan məhkum azadlıq üçün hər gün mücadilə aparıb, günahsız olduğunu isbatlamaq məqsədi ilə müraciət etmədiyi ünvan qalmayıb.

Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından "oğurlanmış" illərin qarşılığı nə olur və ya nə olmalıdır?

Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ var. Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev deyir ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər.

Hazırda Aydın Qəhrəmanovun səhhətində ciddi problemlər var. Bundan sonra o, yalnız sağlamlığına qovuşmaq üçün çalışacağını deyir. İnanır ki, əsl günahkar tapılacaq, dünyasını dəyişən yaxınlarının qanı yerdə qalmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1612   Tarix: 02 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr