Bakı metrosunda yenilik - Metronun bu stansiyalarında 7 vaqonlu qatarlar işləyəcək - FOTO
Bənövşəyi xətdə yeddivaqonlu qatarların hərəkətinin təşkili ilə bağlı işlərə başlanılıb.
BAKU.WS xəbər verir ki, "Bakı Metropoliteni" QSC sədrinin imzaladığı 1284 nömrəli əmrə əsasən, xəttin "Xocəsən-8 Noyabr" sahəsinin hər iki yolunda yeddivaqonlu qatarlar istismara buraxılıb.
Qurumdan bildirilib ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı metropoliteninin inkişafı üzrə Sərəncamının icrası ilə genişmiqyaslı fəaliyyətə başlanılıb, müvafiq monitorinqlər, sorğular aparılıb, Bakının əsas inkişaf planı, sərnişin axınının istiqamətləri və bununla bağlı məsələlər hərtərəfli öyrənilib. Nəticədə, 2011-ci ildə dövlət başçısının təsdiq etdiyi Bakı metropoliteninin konseptual inkişaf sxeminə uyğun olaraq, 3 yeni xəttin inşası nəzərdə tutulub. Bakının inkişaf perspektivləri nəzərə alınmaqla, yeni xətlərdə stansiyaların sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanır.
2016-cı ildə istismara verilən Bənövşəyi xətdə cəmi iki stansiya olduğundan beşvaqonlu qatarların hərəkəti münasib bilinib. Hazırda 3 stansiyası istismarda olan xəttin yaxın gələcəkdə elektrik deposu və daha bir stansiyası istifadəyə veriləcək. Bu səbəbdən texniki tələblərə uyğun qaydada yeddivaqonlu hərəkət parametrlərinə keçilib. Həmçinin Bənövşəyi xətdə 7 vaqondan ibarət qatarların hərəkəti üçün yeni tipli müasir idarəetmə sistemləri qurulur.
Bununla əlaqədar "Bakı Metropoliteni" QSC sədrinin əmri ilə 2022-ci il avqust ayının 31-dən Bənövşəyi xəttin istismara hazırlanan sahəsində qatarların hərəkətinin işarəvermə sistemlərinə uzlaşdırılmasına başlanılıb. Qısa müddətdə işlər müvəffəqiyyətlə tamamlanıb. Sentyabrın 15-də İşçi komissiyanın yoxlamaları nəticəsində yeddivaqonlu qatar tərkiblərinin normativ-texniki sənədlərin tələblərinə uyğun istismarını təmin edən tədbirlər planı təsdiq olunub. Bununla bağlı Depolar üzrə iş departamenti formalaşdırılan yeddivaqonlu qatarlarda texniki tənzimləmələr aparıb. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik, Hərəkət qatarlarının istismarı üzrə iş departamenti, Mərkəzləşdirilmiş dispetçer və Hərəkət xidmətlərinin iştirakı ilə baxış-yoxlama və sınaq xarakterli tədbirlər görülüb. Xətdə sınaq yürüşlərindən sonra, oktyabr ayının 12-dən beşvaqonlu qatarlara daha iki vaqonun əlavə olunması ilə yeddivaqonlu hərəkət tərkiblərinin formalaşdırılmasına və onların Bənövşəyi xətdə sərnişindaşıma prosesinə cəlb edilməsinə icazə verilib.
Buna uyğun olaraq, Mərkəzləşdirilmiş dispetçer xidməti yeddivaqonlu qatarların qış mövsümünə uyğun hərəkət qrafikini hazırlamağa başlayıb. Həmin qatarların xətdə sınaqları saat 22:00-dan başlayaraq, Xocəsən qəsəbəsində inşa edilmiş yerüstü stansiyadan dövr etməklə təmin olunub. Aparılmış uğurlu sınaqlara əsasən yeddivaqonlu qatarlar mərhələli şəkildə sərnişindaşıma prosesinə cəlb edilib. Hazırda xəttin bütün qatarları yeddivaqonlu olmaqla sərnişindaşıma prosesindədir.
Metropolitenin Qırmızı və Yaşıl xətləri yalnız beşvaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub. 1967-ci ildə Bakı metropoliteni istismara verilərkən, üçvaqonlu qatarlardan istifadə olunurdu. 1974-cü ilin may ayından sərnişin tələbatının artması səbəbilə qatar tərkibləri dördvaqonlu olmaqla formalaşdırılıb. 1984-cü ilin yanvar ayından isə Qırmızı və Yaşıl xətlərdə qatarların beş vaqondan ibarət olmaqla komplektləşdirilməsinə başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR