"Valideynin doyuzdura bilmədiyi uşağı nə bağça, nə məktəb doyuzdura bilər" - Psixoloq
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqları şəxsiyyət kimi formalaşdırmaq çox mürəkkəb prosesdir.Son vaxtlar məktəblilər arasında şiddət, zorakılıq görüntülərinin yayıldığını nəzərə alsaq, hər valideynin uşağın mənəvi inkişafını təmin etmədiyini görürük.
Psixoloq Leyla Fətəli Sonxeber.az-a bildirib ki, uşağın şəxsiyyətini formalaşdırmaq üçün ona fərd kimi baxmaq lazımdır. "Sən bilməzsən, sən bacarmazsan" , "sən sus" kimi sözlər uşaqların özgüvənini yıxır:
"Bir uşağın mənəvi inkişafı ilkin etapda valideyndən asılıdır. Valideynin doyuzdura bilmədiyi uşağı nə bağça, nə məktəb doyuzdura bilər. Uşağın şəxsiyyətini formalaşdırmaq üçün ona fərd kimi baxmaq lazımdır. Onu susdurmaq, "sən bilməzsən, sən bacarmazsan" , "sən sus" kimi sözlər istər 2 yaşında, istər 9 yaşında uşağa doğru yanaşma tərzi deyil.
Əgər valideyn uşağı maraqlandıracaq hər mövzuda, nə geymək istədiyini, hansı köynəyi almaq istədiyini, bu gün nə yemək istədiyini seçim olaraq ona buraxarsa, (təbii ki, bu da qədərində olmalıdır) "mən sənə bunu almaq istəyirəm, sən də bəyənirsənmi?" deyə soruşsa, uşaqda həm özgüvən formalaşar, həm şəxsiyyət olaraq nəyi harada necə etməli olduğunu bilər".
Psixoloq həmçinin qeyd edib ki, ailə münaqişələri uşağın şəxsiyyətinə mənfi təsir edir:
"Ailə münaqişlərinin uşağın gözü önündə olması onların bütün özgüvənini yıxır. Valideynlər bir-birinə qışqırıb, vurub uşağa "sən qardaşını vurma" deyə bilməz. Yəni uşaqlar əsasən gözləri ilə gördüklərini deyil, daha çox qulaqları ilə eşitdiklərini nümayiş etdirirlər".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1578 Tarix: 02 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr