Azərbaycanlı yayımçılar "TikTok"da nə qədər pul itirdilər? – Özləri danışır

Azərbaycanlı yayımçılar "TikTok"da nə qədər pul itirdilər? – Özləri danışırArtıq iki aya yaxındır ki, Azərbaycanda "TikTok" platformasına giriş müvəqqəti dayandırılıb. Bu qədər populyar bir platformaya hər gün saysız-hesabsız, hər yaş aralığında istifadəçilər daxil olur. Kimisi əylənmək, kimisi pul qazanmaq üçün istifadə edir. Bəs, azərbaycanlı tiktokerlər indi canlı yayımsız, paylaşımsız günlərini necə keçirir?

Lent.az-ın əməkdaşı bəzi tiktokerlərin hazırda nə iş gördükləri ilə maraqlandı.

"TikTok"un son vaxtlar fenomeninə çevrilmiş Xalq artisti Bilal Əliyev deyir ki, platformaya rahat şəkildə daxil olur və canlı yayımlar açır:

""TikTok"a girə bilirəm. Bəzi yerlərdə ola bilər ki, tutmur, ancaq şəhərin mərkəzində yaşayıram və rahat şəkildə istifadə edə bilirəm. Onu deyim ki, oradan qazanmıram, qazanc yerim var, Şükür Allaha. "TikTok"a da ona görə girirəm ki, bütün dünya ilə bərabər olum, canlı yayım açım. Dünyanın hər yanından qoşulurlar, hər cür insan gəlir canlı yayımıma. Mənə də xoşdur ki, fikrimi çatdıra bilirəm insanlara, həmçinin, onlar da. Ona görə mənə heç bir təsiri olmadı. Elə əylənmək üçün, elə-belə girirəm".

Vayner Ülvi Əliyev (Cənab Ülvi) isə "VPN"dən və düşən baxış sayından şikayətləndi:

""TikTok" müvəqqəti olaraq bağlandığı üçün baxış sayı 30 faiz düşüb. İnsanların əksəriyyəti "VPN"dən istifadə etmir və məncə, "VPN" olduqca təhlükəlidir. "TikTok"la evində xırda satış edib ailəsini dolandıran insanlar da var, evdə hazırladığı əl işlərini satanlar da və s. Qazancını bu platforma üzərindən edən insanlara çox ziyan vurdu. Məsələn, video-bloggerlərin səhifəsi daimi aktiv qalmalıdır. Amma onların da işləri çox çətinləşib. Bir yandan nəzər salsaq, sentyabr ayı ölkəmizə olunan təxribatda insanların yalan məlumatları paylaşması insanları təşvişə salırdı. Buna görə müvəqqəti bağlanması sakitçilik üçün çox məqsədəuyğundur. İnşallah ki, "TikTok"un fəaliyyəti tezliklə ölkəmizdə bərpa olunar".

Yemək bloggeri Osman (Osman.cho) da Lent.az-a "TikTok"dan istifadə edə bilmədiyi üçün heyfisləndiyini bildirdi:

"Baxış və izləyici sayı əhəmiyyətli dərəcədə düşüb. Reklam təklifləri də azalıb. Bu da qazancıma təsir etdi. İki aya yaxındır ki, "TikTok"da paylaşa bilmədiyim videoları artıq az çəkirəm və "İnstagram" hesabımda paylaşıram. Bu da məni həvəsdən salır. Ümid edirəm ki, tezliklə əvvəlki ampluamıza dönüş edərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3909   Tarix: 02 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr